23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dəyəri 500 manatdan az olan qeyri-maddi aktivlərin amortizasiyası

Dəyəri 500 manatdan az olan qeyri-maddi aktivlərin amortizasiyası

Mövzunu “vergiler.az”a “Turan” Tədris Mərkəzinin təlimçisi və vergi eksperti Cavid Vəlizadə şərh edir.

Qanunvericiliyə əsasən, amortizasiya – uzunmüddətli aktivlərin faydalı xidmət müddəti ərzində dəyərinin müntəzəm surətdə azalması deməkdir. Sadə dildə desək, amortizasiya köhnəlmə anlamı verir.

Aktivlər xarakterinə görə iki qrupa bölünür: maddi aktivlər və qeyri-maddi aktivlər.

Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən, əsas vəsaitlər dedikdə istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər nəzərdə tutulur.

Vergi Məcəlləsinin 13.2.9-cu maddəsində isə göstərilib ki, qeyri-maddi aktivlər dedikdə intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar nəzərdə tutulur.

Maddələrə əsasən, qeyri-maddi aktivlər əsas vəsait hesab edilmir. Vergi Məcəlləsində “yalnız əsas vəsaitlər amotizasiya olunur” kimi bir anlayış da qeyd edilməyib. Deməli, dəyəri 500 manatdan az olan qeyri-maddi aktivlər uçota alınmalı və amortizasiya edilməlidir.

Vergi Məcəlləsinin 114.3.6-cı maddəsinə əsasən, qeyri-maddi aktivlər - istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə amortizasiya olunur.

Misal: Müəssisə 450 manata qeyri-maddi aktiv alıb. Bu aktivin 5 il istifadə müddəti var. Ona görə illik 90 manat amortizasiya məbləği hesablanaraq gəlirdən çıxılan xərc kimi nəzərə alınacaq:
450 : 5 = 90 manat.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?