12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan hissəsinin müəyyən edilməsi

Vergi Məcəlləsinin 108.2-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar həyata keçirildikdə həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrı-ayrılıqda aparılmalıdır.

Qanunvericiliyin bu tələbini “vergiler.az”a iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir.

Vergi ödəyicisi eyni zamanda həm vergidən azad olunan əməliyyatlarla, həm də vergiyə cəlb edilən əməliyyatlar üzrə xidmətlərlə məşğul ola bilər. Vergi Məcəlləsinin 108.2-ci maddəsində göstərilir ki, əgər vergi ödəyicisi bu əməliyyatların uçotunu ayrı-ayrılıqda aparırsa, o zaman vergiyə cəlb olunan gəlirlər üzrə çəkilmiş xərcləri xərc kimi tamlıqla tanıya bilər. Əgər belə bir uçot aparılmırsa, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirdəki xüsusi çəkisi əsasında müəyyən edilir.

Misal: “Pərviz” MMC-nin vergidən azad edilən əməliyyatlar üzrə gəliri 100.000 manatdır. Həmin əməliyyatlar üzrə gəlirin əldə edilməsi ilə bağlı xərci 40.000 manat təşkil edir, vergiyə cəlb olunan əməliyyatlar üzrə gəliri isə 150.000 manat olub. Vergiyə cəlb olunan əməliyyatlar üzrə gəlirin əldə edilməsi ilə bağlı xərci 70.000 manatdır. Şirkətin bölüşdürülməsi mümkün olmayan xərcləri (komunal, rabitə, əməkhaqqı və s.) isə ümumilikdə 20.000 manat olub. Bunları nəzərə almaqla “Pərviz” MMC-nin dövlət büdcəsinə ödəyəcək mənfəət vergisini hesablayaq.

Əvvəlcə MMC-nin ümumi dövriyyəsinə nəzər yetirək: 100.000 + 150.000 = 250.000 manat.

Şirkətin ümumi gəliri 250.000 manat olub. Bunun 100.000 manatı vergidən azad olunan, 150.000 manat isə vergiyə cəlb edilən əməliyyatlar üzrə gəlirdir. Ümumi xərci hesablayaq: 40.000 + 70.000 = 110.000 manat.

MMC-nin vergiyə cəlb olunan gəliri 150.000 manat, gəlirin əldə edilməsi ilə bağlı xərci 70.000 manat, bölüşdürülməsi mümkün olmayan xərci isə 20.000 manatdır. Bəs həmin 20.000 manatın nə qədər hissəsi gəlirdən xərc kimi çıxıla bilər? Bunu bilmək üçün vergiyə cəlb olunan əməliyyat üzrə gəliri ümumi gəlirə bölüb 100%-ə vurmaqla müəyyən edə bilərik: (150000 : 250000) x 100% = 60%
Daha sonra bölüşdürülməsi mümkün olmayan xərclərin vergi tutulan gəlirin əldə edilməsi ilə bağlı xərc hissəini müəyyən etmək üçün tapılan faizə vururuq: 60% x 20000 = 12000 manat.
Beləliklə, bölüşdürülməsi mümkün olmayan xərcin 20.000 manatlıq hissəsinin 12.000 manatlıq hissəsini vergiyə cəlb olunan əməliyyatlar üzrə gəlirin əldə edilməsi ilə bağlı xərc kimi tanıyıb gəlirdən çıxacaq:

150.000 – 70.000 – 12.000 = 68.000 manat;
68.000 x 20% = 13.600 manat.

Deməli, “Pərviz” MMC dövlət büdcəsinə 13.600 manat məbləğində mənfəət vergisi ödəyəcək. Əgər şirkətin 12 aylıq ardıcıl dövriyyəsi 200.000 manatdan az olarsa, gəlir və xərcin uçotunu apararsa, mənfəət vergisinə görə əlavə 75% güzəşt tətbiq edilə bilər.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?