30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Aleks Kaplun: “İsrail Azərbaycan üçün çox maraqlı bazar ola bilər”

Aleks Kaplun: “İsrail Azərbaycan üçün çox maraqlı bazar ola bilər” MÜSAHİBƏ

Bu günlərdə ADA Universitetində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və “Nextstep” İnnovasiya Mərkəzinin dəstəyi ilə Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilib. Forumun iştirakçısı, İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının sədri Aleks Kaplun “vergiler.az”ın suallarını cavablandırıb.

- Cənab Kaplun, İsrail Azərbaycanın etibarlı iqtisadi tərəfdaşlarındandır. İki ölkə arasında əməkdaşlığın hazırkı səviyyəsini necə səciyyələndirə bilərsiniz?

- Azərbaycan-İsrail iqtisadi əlaqələrinin hazırkı səviyyəsi kifayət qədər yüksəkdir. Bu əməkdaşlığı daha da irəli aparmaq üçün böyük potensial var və bu, ildən-ilə artır. Bizim siyasi sahədə kifayət qədər yaxşı münasibətlərimiz var və müvafiq olaraq bu, iqtisadiyyatda da özünü göstərir. İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyası ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün böyük işlər görür. Düşünürəm ki, əlaqələrimizdə yeni bir başlanğıc yaranıb.

İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyası ölkələrimiz
arasında iqtisadi əlaqələrin inkişafı üçün böyük işlər görür.
Düşünürəm ki, əlaqələrimizdə yeni bir başlanğıc yaranıb

- Sizcə, ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafı üçün hansı sahələr hərəkətverici qüvvə ola bilər?

- Hesab edirəm ki, Bakıdakı forum sualınıza cavabın bir hissəsidir. Bu forumu kənd təsərrüfatı və təhsil kimi iki mühüm sektora həsr etmək qərarına gəlməyimiz heç də təsadüfi deyil. İndi iqtisadi münasibətlərin başlanğıcı məhz bu amillər üzərində qurulur.

Artıq “yaşıl enerji”yə keçid zərurəti, su ehtiyatları, tibblə bağlı innovasiyalar haqqında danışmağa başlamışıq. Əminəm ki, növbəti forumlarımızdan biri tibb və tibbi texnologiyalar ilə bağlı olacaq. Bu, yalnız başlanğıcdır, davam etdirilməli olan daha çox istiqamət var.

- İsrail şirkətlərini Azərbaycanın hansı ixrac məhsulları maraqlandırır?

- İsrail bazarı kiçik olsa da, ödəmə qabiliyyəti yüksəkdir. Maliyyə baxımından İsrail Azərbaycan üçün çox maraqlı bazar ola bilər. Lazımi məhsullara daha çox diqqət yetirmək üçün, sadəcə, bir az araşdırma aparmağa ehtiyac var. Şübhəsiz, qida məhsulları haqqında danışmaq olar. Azərbaycan məhsullarının necə dadlı olduğunu hamımız bilirik. Hamıya yaxşı məlumdur ki, İsrail neftin və neft məhsullarının əsas alıcılarındandır. Bundan əlavə, sənaye istiqamətini inkişaf etdirmək mümkündür.

İsrail bazarı kiçik olsa da, ödəmə qabiliyyəti yüksəkdir. Maliyyə
baxımından İsrail Azərbaycan üçün çox maraqlı bazar ola bilər

- Azərbaycanın İsraildə səfirliyinin açılması, sizcə, iqtisadi əlaqələrin inkişafına necə təsir edəcək?

- Bu, dövlətlərimizin maraqları baxımından böyük hadisədir. Çox şadıq ki, Azərbaycan Respublikasının Prezidenti belə bir qərar verdi və fikrimcə, bu vəzifəyə son dərəcə layiq olan bir namizədi, uzun müddət İsraillə işləmək təcrübəsinə malik bir şəxsi təyin etdi.

Bundan sonra İsraildəki azərbaycanlılar üçün indiyədək əldə edilməsi bir qədər çətin olan müəyyən xidmətləri almaq xeyli asanlaşacaq. Düşünürəm ki, bu həm siyasi, həm də işgüzar münasibətlərimizi daha da yaxşılaşdıracaq. Eyni zamanda, bu, ölkələrimiz və xalqlarımızı daha da yaxınlaşdıra biləcək bir hadisədir.

Tamilla MƏMMƏDOVA

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?