26 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Anar Axundov: “İşğaldan  azad olunmuş ərazilərdə investorlar üçün əlverişli şərait yaradılıb”

Körfəz ölkələrindən olan şirkətlər işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərməyə aktiv maraq göstərirlər və bu istiqamətdə bəzi şirkətlərlə danışıqlar aparılır.

Bunu İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə keçirilən Azərbaycan - Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin 2-ci iqtisadi forumunda iqtisadiyyat nazirinin müavini Anar Axundov deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərin inkişafı üçün özəl investisiyaların cəlb olunması əsas prioritetlərdəndir və bu ərazilərdə investorlar üçün əlverişli şərait yaradılıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya cəlbediciliyini artırmaq məqsədilə 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilər üzrə güzəştlər təqdim ediıib: ”Azərbaycanda formalaşmış əlverişli biznes mühiti və xarici investorlar üçün yaradılmış cəlbedici imkanlar, habelə tətbiq edilən vergi və gömrük güzəştləri xarici sərmayədarların ölkəmizə marağını davamlı olaraq artırır. Bərpaolunan enerji, sənaye, kənd təsərrüfatı, turizm, nəqliyyat və logistika, rəqəmsallaşma kimi bir çox sahələrdə xarici investorlarla uğurlu birgə layihələr həyata keçirilir”.

Nazir müavini əlavə edib ki, ölkəmizin artan nəqliyyat-tranzit imkanları və bu sahədə həyata keçirilən regional və beynəlxalq layihələr, xüsusilə Orta Dəhlizin təklif etdiyi əməkdaşlıq potensialı, Bakı Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr yeni perspektivlər yaradır. 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında Azərbaycanın regional tranzit habına çevrilməsi, eləcə də yükdaşıma və logistika əməliyyatlarının genişləndirilməsi əsas hədəflərdən biridir ki, bu da əməkdaşlıq imkanlarını daha da genişləndirəcək.

O əlavə edib ki, Ələt Azad İqtisadi Zonası da investorları cəlb etməklə yüksək əlavə dəyər yaradan, ixracyönümlü məhsul və xidmətlərin istehsalını artırmağa və Azərbaycanın tranzit potensialını genişləndirməyə yönəlmiş addımlar atmaqdadır.

Anar Axundov deyib ki, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti Azərbaycanda 240 meqavat elektrik enerjisi istehsal gücünə malik külək elektrik stansiyasının yaradılmasına 290 milyon ABŞ dolları sərmayə qoyub, onun 2025-ci ildə istismara verilməsi planlaşdırılıb. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin 262 milyon ABŞ dollarlıq sərmayəsi ilə ölkəmizdə regionun ən böyük günəş elektrik stansiyası olan 230 meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olub. Bu layihələr yüksələn xətlə davam edən enerji əməkdaşlığımızdan xəbər verir: ”Bundan əlavə, biz quruda külək enerjisi layihələrini reallaşdırırıq və bu ilin yanvar ayında Prezident İlham Əliyev ilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan arasında keçirilən görüşdə Azərbaycanın bərpaolunan və təmiz enerji potensialından istifadənin daha da gücləndirilməsi və “yaşıl enerji”nin ixracına imkan verən strateji əməkdaşlıq üzrə Çərçivə Müqaviləsi və quruda günəş və külək layihələrinin icrası üçün razılaşma əldə olunub. Bu sazişlər və layihələr ölkəmizin bərpaolunan enerji potensialından səmərəli istifadəsinə xidmət edir və qurulan tərəfdaşlıqlarımızın dayanıqlıq və ekoloji cəhətdən məsuliyyətli təcrübələrə uyğun olduğunu əks etdirir”.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?