4 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Orxan Nəzərli: “İqlim dəyişikliyi insan sağlamlığını təhdid edən qlobal təhlükədir”

İqlim dəyişikliyi ilə mübarizənin yaratdığı yeni reallıqların müzakirə platforması olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29-a ev sahibliyi etməyə hazırlaşdığımız bu dövrdə Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumun keçirilməsi çox əhəmiyyətli bir hadisədir.

Bunu Bakıda keçirilən Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumda çıxış edərkən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib. Onun sözlərinə görə, ədalətli yanaşma üçün yeni yolları araşdırmaq, qabaqcıl təcrübələri paylaşmaq və əməkdaşlığı təşviq etmək üçün toplaşdığımız üçün bugünkü forumdan gözləntilərimiz böyükdür: ”Əminəm ki, bu gün apardığımız müzakirələr və qarşılıqlı əlaqələr bütün iştirakçılar üçün səmərəli olacaq.

İqlim dəyişikliyi mövzusu getdikcə daha geniş miqyasda və təxirəsalınmaz bir şəkildə beynəlxalq gündəmdə yer almaqdadır. Çünki bu, yalnız bir ölkənin deyil, bütün dünya ölkələrinin üzləşdiyi bir problemdir. İqlim dəyişikliyi milli sərhədləri aşan qlobal çağırışdır. Bu gələcək risk deyil, real və indiki vəziyyətdir və tədbir görülməzsə, düşündüyümüzdən daha ciddi fəsadlara səbəb ola biləcək məsələdir”.

Orxan Nəzərli əlavə edib ki, iqlim dəyişikliyi bəşəriyyət üçün ən dəyərli məfhum olan insan sağlamlığını təhdid edən qlobal təhlükədir.

Bu səbəbdən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli funksiyalar daşıyır. Bu platforma vasitəsilə qəbul edilən qərarlar dünya ölkələrinin iqlim dəyişikliyinə qarşı daha effektiv mübarizə aparmasına və dayanıqlı inkişafın təmin olunmasına şərait yaradır. Bu mübarizədə iqlim dəyişikliyi trendləri və uyğunlaşma, yumşaltma, zərər və itki mərhələlərinin hər biri vacib rol oynayır və ölkələrin daha dayanıqlı gələcək üçün birgə hərəkət etməsinin əsasını təşkil edir: ”Bu səbəbdən də bu gün burada qlobal iqlim dəyişikliyi ilə mübarizənin ən təsirli alətlərindən biri olan karbon qiymətqoyma mövzusunda danışmaq üçün toplaşmışıq. Karbon qiymətqoyma istixana qazı emissiyalarının azaldılması məqsədilə iqtisadi aktorları hərəkətə gətirən və dayanıqlı inkişafı təşviq edən mühüm bir vasitədir”.

DVX rəisi qeyd edib ki, bu istiqamətdə təcrübələrin paylaşılması müxtəlif ölkələrdə və şirkətlərdə tətbiq edilən karbon qiymətqoyma alətlərinin effektivliyini qiymətləndirməyə və onları təkmilləşdirməyə imkan verir. Hər bir ölkə və şirkət iqlim dəyişikliyi ilə mübarizə sahəsində fərqli təcrübələr və problemlərlə qarşılaşır. Bu problemlərin həllində öyrənilən dərslər digər ölkələr və şirkətlər üçün də dəyərli ola bilər. Təcrübə paylaşımı qlobal miqyasda effektiv karbon qiymətləndirmə strategiyalarının yayılmasına və tətbiqinə imkan verir. Yeni başlayan ölkələr və şirkətlər daha təcrübəli tərəfdaşların uğurlarından və səhvlərindən öyrənərək risklərini azalda bilərlər. Bu, karbon qiymətqoyma alətlərinin tətbiqində qarşıya çıxa biləcək maneələri daha yaxşı anlamağa və onların öhdəsindən gəlməyə kömək edir. Bu Forum bu cür innovasiyaların paylaşılması üçün mükəmməl platformadır.

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?