4 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir?

İctimai iaşə fəaliyyəti göstərən fərdi sahibkar ƏDV qeydiyyatındadır. 2026-cı ildən Vergi Məcəlləsində ictimai iaşə fəaliyyəti üzrə bir sıra dəyişikliklər, o cümlədən nağdsız dövriyyə üzrə ƏDV-dən güzəşt müəyyən edilib. Sahibkarın 2026-cı ilin yanvar ayında 80.000 manat dövriyyəsi olub, bu məbləğin 30.000 manat hissəsi POS-terminal vasitəsilə müştərilərin apardığı ödənişlərdən formalaşıb. Bu halda vergi ödəyicisinə 2026-cı ilin yanvar ayına görə tətbiq olunacaq ƏDV güzəşti nə qədər olacaq?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2026-cı il yanvarın 1-dən Vergi Məcəlləsinin 174.5-ci maddəsində edilmiş dəyişikliyə əsasən, həmin tarixdən 3 il müddətinə ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi onların vergi tutulan ümumi dövriyyəsindən çıxılır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.

Eyni zamanda, 2026-cı il yanvarın 1-dən Vergi Məcəlləsinin 102.1.41-ci maddəsində edilmiş dəyişikliyə əsasən, ictimai iaşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən, bu Məcəllənin 174.5-ci maddəsinə uyğun olaraq, ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər gəlir vergisindən azaddır. Buna əsasən, ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın nağdsız qaydada həyata keçirilən ödənişləri nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparıldığı halda, həmin vergi ödəyicisinin əhaliyə göstərilən xidmətlər üzrə POS-terminal vasitəsilə apardığı nağdsız ödənişlər əsasında formalaşan dövriyyəsinin 50 faizi (30.000 x 50% = 15.000 manat) onun vergi tutulan ümumi dövriyyəsindən çıxılmaqla qalan məbləğ (80.000 - 15.000 = 65.000 manat) 18 faiz dərəcə ilə ƏDV-yə cəlb olunur. Həmçinin, ƏDV məbləğinin azaldılmasından əldə edilən bu gəlirlər (15.000 manat) mənfəət vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 106.1.34-cü və174.5-ci maddələri

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?