İctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir?

2026.08.14 09:30 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2026-cı il yanvarın 1-dən Vergi Məcəlləsinin 174.5-ci maddəsində edilmiş dəyişikliyə əsasən, həmin tarixdən 3 il müddətinə ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi onların vergi tutulan ümumi dövriyyəsindən çıxılır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.

Eyni zamanda, 2026-cı il yanvarın 1-dən Vergi Məcəlləsinin 102.1.41-ci maddəsində edilmiş dəyişikliyə əsasən, ictimai iaşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən, bu Məcəllənin 174.5-ci maddəsinə uyğun olaraq, ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər gəlir vergisindən azaddır. Buna əsasən, ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın nağdsız qaydada həyata keçirilən ödənişləri nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparıldığı halda, həmin vergi ödəyicisinin əhaliyə göstərilən xidmətlər üzrə POS-terminal vasitəsilə apardığı nağdsız ödənişlər əsasında formalaşan dövriyyəsinin 50 faizi (30.000 x 50% = 15.000 manat) onun vergi tutulan ümumi dövriyyəsindən çıxılmaqla qalan məbləğ (80.000 - 15.000 = 65.000 manat) 18 faiz dərəcə ilə ƏDV-yə cəlb olunur. Həmçinin, ƏDV məbləğinin azaldılmasından əldə edilən bu gəlirlər (15.000 manat) mənfəət vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 106.1.34-cü və174.5-ci maddələri