24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi?

Qum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi?

Fiziki şəxsin əsas fəaliyyəti 0812102 - Daş, qum və çınqılların doğranması və xırdalanması, əlavə fəaliyyəti 0812101 - Sənaye və tikinti üçün qum və çınqıl hasilatından ibarətdir. Vergi mükəlləfiyyəti 2 faizlik  sadələşdirilmiş vergidir. Sahibkar əlavə olaraq hər ay üçün mədən vergisi bəyannaməsi təqdim etməlidirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 214-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi də daxil olmaqla) yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələr mədən vergisinin ödəyiciləridir. Mədən vergisi üzrə hesabat dövrü təqvim ayıdır. Hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq bəyannamə vergi orqanına təqdim edilməli və hesablanmış vergi büdcəyə ödənilməlidir.

Sorğuya cavab olaraq bildirilib ki, əlavə fəaliyyət kimi qum və çınqıl hasilatı ilə məşğul olduğu üçün vergi ödəyicisi hər ay üzrə mədən vergisi bəyannaməsini vergi orqanına təqdim etməli və hesablanmış vergini büdcəyə ödəməlidir

Əsas: Vergi Məcəlləsinin 214 və 217-ci maddələri

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?