22 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Arı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?

Arı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?

Arı balı kənd təsərrüfatı məhsulu hesab olunurmu? Arı balının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanmalıdırmı? Sualım istehsala aid deyil, yəni istehsalçıdan alıb mağazada pərakəndə satdıqda ƏDV ticarət əlavəsindən hesablanır? 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, sorğuda qeyd olunan arı balının istehsalı kənd təsərrüfatı məhsullarının istehsalına aid edilir.

Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Misal üçün, kənd təsərrüfatı məhsullarının pərakəndə satışı ilə məşğul olan ticarət obyekti 20.000 manat dəyərində aldığı malları 25.000 manata satır. Bu zaman 5.000 manat ticarət əlavəsinə 18% ƏDV dərəcəsini tətbiq edərək vergi məbləğini müəyyən edir.

Məlumat üçün bildirilib ki, arıların becərilməsi, arı balının və arı mumunun istehsalı ilə məşğul olan şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri 2014-cü il yanvarın 1-dən 13 il müddətinə gəlir və mənfəət vergisindən, həmin fəaliyyət prosesində istifadə olunan əmlakları əmlak vergisindən, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azaddır və istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir.

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 102.1.11-ci, 106.1.14-cü, 159-cu, 164.1.18-ci, 164.1.37-ci, 199.9-cu, 218-1-ci maddələri, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 15 iyul 2009-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?