24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Fiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi?

Fiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi?

Fəaliyyət növü "7729002 - Digər paltarların kirayəsi" olan və 14 faiz dərəcə ilə gəlir vergisi ödəyən fiziki şəxs ofisi hüquqi şəxsdən icarəyə götürdüyü halda ödəmə mənbəyindən tutulan vergi bəyannaməsi təqdim etməlidirmi? Həmçinin, illik hesabat verərkən vergi gəlirdən xərclər çıxıldıqdan sonra hesablanır, yoxsa ümumi dövriyyədən?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 124.3-cü maddəsinə əsasən, hüquqi şəxslərə (müəssisələrə) və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə ödənilən icarə haqları ödəmə mənbəyində vergitutma obyekti deyil. Bu səbəbdən icarə ödənişindən ödəmə mənbəyində vergi tutmaq öhdəliyi yaranmır.

Sorğuya cavab olaraq bildirilib ki, qeyri-sahibkarlıq fəaliyyəti üzrə əldə edilən illik gəlirdən (xərclər nəzərə alınmadan) 14 faiz dərəcə ilə vergi tutulur. Gəlir vergisi üzrə “Gəlir vergisinin bəyannaməsi” hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 101, 124, 149-cu maddələri

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?