25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

Vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

Məlum olduğu kimi, ötən ilin noyabr ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birlikdə vakant vəzifələrə işə qəbulla bağlı test imtahanı keçirilib. Test imtahanında ümumilikdə 2.392 nəfər iştirak edib, onlardan 616 namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtlərini ödəyərək ikinci mərhələyə - müsahibəyə buraxılıb.

Müsabiqənin digər ixtisas sahələri üzrə ikinci mərhələsində iştirak edən daha bir qrup namizədlə bağlı nəticələr açıqlanıb. Bu mərhələdə iştirak etmiş 105 namizəddən 64-ü müsabiqəni uğurla başa vurub. Uğur qazanan namizədlər DVX-nin kadr ehtiyatı bazasına daxil edilərək vakant vəzifələrə təyin olunacaqlar.

Müsabiqənin nəticələri barədə ətraflı məlumatla aşağıdakı linkə keçid etməklə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/post/3321

Qeyd: Müsahibələr mərhələli şəkildə keçirilir və başa çatdıqdan sonra nəticələri elan ediləcək.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması