15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Eran Doron: “Azərbaycanın təcrübəsi İsrail üçün faydalı ola bilər” MÜSAHİBƏ

Bu günlərdə ADA Universitetində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası (IACCI) və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və “Nextstep” İnnovasiya Mərkəzinin dəstəyi ilə Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilib. Forumun iştirakçısı, Ramat Haneqev Regional Şurasının rəhbəri Eran Doron “vergiler.az”ın suallarını cavablandırıb.

- Cənab Doron, ənənəvi tərəfdaşlar olan Azərbaycan və İsrailin iqtisadi əlaqələrinin perspektivlərinə necə baxırsınız?

- Azərbaycan ilə İsrail arasında əməkdaşlığın potensialı böyükdür. İsrail və Azərbaycan oxşar problemlərlə üzləşirlər ki, bu problemlərin həllindən imkanlar yarada bilərik. İmkanlar isə, demək olar ki, sonsuzdur. Ölkələrimiz kənd təsərrüfatı, təhsil, bərpa olunan enerji, təhlükəsizlik və mədəniyyət sahələrində əməkdaşlıq üçün kifayət qədər potensiala malikdir. Qarşısına uzunmüddətli inkişaf məqsədləri qoyan ölkə kimi Azərbaycan İsrail üçün əla tərəfdaşdır.

Ölkələrimiz kənd təsərrüfatı, təhsil, bərpa olunan enerji, təhlükəsizlik və
mədəniyyət sahələrində əməkdaşlıq üçün kifayət qədər potensiala malikdir

- Sizcə, ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafı üçün hansı sahələr hərəkətverici qüvvə ola bilər?

- Ərzaq istehsal etmək və insanların qida ilə təmin olunması hər iki ölkə üçün böyük maraq doğurur. Bizim son 75 il, hətta bir az çox vaxt ərzində topladığımız biliklər Azərbaycan xalqı üçün faydalı ola bilər. Digər tərəfdən, Azərbaycanın təcrübəsi də İsrail üçün faydalı ola bilər. Bu isə iki ölkə arasında əməkdaşlığın inkişafı üçün təkan rolunu oynayır.

- İsrail iqtisadiyyatının hansı sahələri azərbaycanlı sahibkarları maraqlandıra bilər?

- Hesab edirəm ki, İT sənayesində çoxlu sayda startap var və azərbaycanlı investorlar bizim aqrotex dediyimiz sahəyə sərmayə qoya bilərlər. Bu sahə kənd təsərrüfatı haqqında biliklərin məcmusudur, lakin bu sahəyə texnologiya da daxildir.

İT sənayesində çoxlu sayda startap var və azərbaycanlı
investorlar bizim aqrotex dediyimiz sahəyə sərmayə qoya bilərlər

- Azərbaycanın İsraildə səfirliyinin açılması, sizcə, iqtisadi əlaqələrin inkişafına necə təsir edəcək?

- Məncə, bu, iqtisadi münasibətlər baxımından Azərbaycandan İsrailə və əks istiqamətdə ilk birbaşa təmas xətti ola bilər.

- Bakıda Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilib və bu barədə fikrinizi bilmək istərdim: innovasiya ölkələr arasında iqtisadi əlaqələrin inkişafında hansı rolu oynayır?

- Bu gün innovasiyalar zərurətdir. Onlar olmasa, biz irəli gedə bilmərik. Bu forum isə innovasiyaların əsas iqtisadi mühərrik olduğunun əyani sübutudur.

Tamilla MƏMMƏDOVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?