30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İsraillə ticarət dövriyyəsi artıb

İsraillə ticarət dövriyyəsi artıb

Bu ilin yanvar ayında Azərbaycanın İsraillə ticarət dövriyyəsinin ümumi həcmi 83 339,35 min ABŞ dolları və ya 53,9 faiz artaraq 237 986,55 min dollar təşkil edib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk ayında Azərbaycandan İsrailə 237 182,49 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 82 971,9 min dollar və ya 53,8 faiz üstələyir.

İsraildən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 3,7 dəfəyədək və ya 367,44 min dollar artaraq 804,06 min dollara çatıb.

Son bir ayda ölkənin ümumi ticarət dövriyyəsində İsrail ilə ticarətin payı 7,23 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 3,42 faiz bəndi çoxdur.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?