17 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Orxan Nəzərli: “Karbon qiymətqoyma həm ətraf mühit, həm də iqtisadiyyat üçün effektiv alətdir”

COP29 çərçivəsində keçirilən yüksək səviyyəli müzakirələr iqlim dəyişiklikləri ilə mübarizə üçün maliyyə resurslarının səfərbər edilməsi, inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi göstərilməsi baxımından vacibdir. Bu, onlara istixana qazı emissiyalarını azaltmaq və iqlim dəyişikliklərinin təsirlərinə uyğunlaşmaqda kömək edəcək.

Bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Karbon qiymətqoyma: mövcud problemlər və yeni strategiyalar” mövzusunda keçirilən panel müzakirədə çıxış edərkən Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli deyib. Xidmət rəisinin sözlərinə görə, Bakı müzakirələri və burada qəbul edilən qərarlar bu çağırışların öhdəsindən gəlmək üçün faydalı bir platforma rolunu oynayacaq.

“Bu gün keçirilən “Karbon qiymətqoyma: mövcud problemlər və yeni strategiyalar” üzrə panel müzakirəsi bu sahədə yeni yanaşmaların araşdırılması və əməkdaşlıq potensialının təşviqi məqsədini daşıyan qlobal məsləhətləşmələrin bir hissəsidir. Bu il, ölkəmizin Avropadaxili Vergi Administrasiyaları Təşkilatına (IOTA) sədrliyi ilində, biz bu mövzu ilə bağlı ikigünlük vergi forumu keçirdik və çox şadam ki, həmin tədbirdə iştirak edən ekspertləri bu tədbirdə də görürük. İqlim dəyişikliyi bəşəriyyət üçün mərkəzi məsələyə çevrilən qlobal bir çağırışdır, beynəlxalq gündəmi formalaşdırır və bütün dünyada insanlara təsir edir. Bu, gələcəkdə baş verəcək bir risk deyil, əksinə, əgər həll edilməzsə, təsəvvür etdiyimizdən daha ciddi nəticələrə səbəb ola biləcək real və mövcud bir vəziyyətdir. Karbon qiymətqoyma özü çox effektiv bir alətdir. O, həm ətraf mühit təsirlərini həll etməyə, həm də iqtisadi baxımdan faydalı olmağa xidmət edir”, - O.Nəzərli qeyd edib.

Xidmət rəisi vurğulayıb ki, ətraf mühitə vurulan ziyana müəyyən maliyyə xərcləri təyin etməklə, çox effektiv şəkildə biznesləri stimullaşdırmaq və motivasiya etmək mümkündür.

“Bu alətdən istifadə edərək innovasiyaları təşviq etsinlər, yeni texnologiyalar gətirsinlər və bunu edərkən həm standartlara uyğun hərəkət etsinlər, həm də gələcəkdə daha yaşıl bir dünyaya töhfə versinlər. Bu, yalnız bizneslərin xərclərin effektivliyini təmin etmək məsələsi deyil, həm də gələcək nəsillərimizin yaşamaq istədiyimiz şəkildə həyat sürəcəyi gələcək dünyanın bir hissəsi olmaq məsələsidir”, – DVX rəisi əlavə edib.

VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir?