11 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Samirə Musayeva: “Karbon qiymətqoyma “yaşıl” texnologiyalara investisiya qoyuluşlarını stimullaşdıra bilər”

Aşağı karbonlu iqtisadiyyata keçidin ədalətli olmasını təmin edərkən həssas icmaları qoruyan karbon qiymətlərinin inkişaf etdirilməsi çox vacibdir. Bunu Bakıda keçirilən Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumun yekun çıxışında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

Onun sözlərinə görə, bu sosial aspektləri həll etməklə daha çox ictimai dəstək, eləcə də biznes dəstəyi əldə edilə bilər.

“Forumun bu iki günündən sonra həmkarlarımızla gəldiyimiz qənaət budur ki, bizdə karbon qiymətqoyma alətləri mövcud olsa da, onlar hələ də geniş deyil. Bununla belə, biz qiymət alətlərimizi yenidən dizayn etməliyik. Karbon qiymətqoyma, sadəcə, tənzimləmə vasitəsi deyil, həm də davamlı inkişaf üçün kollektiv öhdəlikdir. Karbon qiymətqoyma sistemini daha effektiv etmək üçün hökumətlər, bizneslər, qeyri-hökumət təşkilatları, icmalar və digər maraqlı tərəflər birlikdə işləməlidirlər”, - Samirə Musayeva qeyd edib.

Dövlət Vergi Xidmətinin rəis müavininin fikrincə, karbon qiymətqoyma “yaşıl” texnologiyalara investisiya qoyuluşlarını və innovasiyaları stimullaşdıra, yeni iş yerlərinin yaradılmasına səbəb ola bilər. Bu onu göstərir ki, ekoloji davamlılıq və iqtisadi artım birlikdə həyata keçirilə bilər.

“Biz öhdəsindən gəlməli olduğumuz çətinlikləri dərk etməliyik. Aşağı karbonlu iqtisadiyyata keçid möhkəm çərçivə, siyasi iradə və ictimai dəstək tələb edir. Karbon qiymətqoymanın müəyyən edilməsi mexanizmlərini tərtib edərkən və həyata keçirərkən cəmiyyətin bütün sektorlarının bu keçiddən faydalana bilməsi üçün inklüzivlik və əlçatanlıq prioritetləşdirilməlidir”, - Samirə Musayeva əlavə edib.

VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur?