30 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Reklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi?

Mən muzdlu işçisi olmayan, fərdi mikro sahibkaram. Əsas fəaliyyət kodum 7312001-dir (Reklam fəaliyyəti) və “YouTube” platformasından gəlir əldə edirəm. Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə əsasən, reklam fəaliyyəti ilə məşğul olduğum üçün mənə “azı 3 işçi” şərti şamil olunurmu? Muzdlu işçim olmadan gəlirimə görə 75 faizlik vergi güzəştindən yararlana bilərəmmi? Həmçinin, bu fəaliyyət üzrə gəlir vergisi bəyannaməsini rüblük, yoxsa illik (növbəti ilin martın 31-dən gec olmayaraq) təqdim etməliyəm?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə əsasən, həmin maddədə qeyd olunan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlər (xərclər nəzərə alınmadan) 45.000 manata qədər olduqda həmin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə şamil edilmir.

Əlavə olaraq bildirilib ki, nəzərdə tutulan fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxs eyni zamanda digər fəaliyyət sahələri ilə də məşğul olduqda, 102.1.30-1-ci maddədə nəzərdə tutulan güzəşt hüququndan yalnız o halda istifadə edə bilər ki, həmin fəaliyyət sahələrindən əldə edilən illik gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmasın.

Sorğuya cavab olaraq bildirilib ki, gəlir vergisi üzrə “Gəlir vergisinin bəyannaməsi” hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir: “Həmçinin, illik gəliriniz 45.000 manatı keçmədiyi halda, sizə “3 muzdlu işçi” şərti şamil edilmir və fəaliyyətiniz Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində qeyd olunmuş reklam xidmətinə aid edildiyi halda 75 faiz güzəşt hüququndan yararlana bilərsiniz”.

Əsas: Vergi Məcəlləsinin 102.1.30-1 ,149-cu maddələri

VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi?