4 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?

Yaxın vaxtlarda “YouTube” platformasında fəaliyyətə başlayaraq “Google AdSense” vasitəsilə gəlir əldə etməyi planlaşdırıram. Sualım ondan ibarətdir ki, “Google AdSense” vasitəsilə “YouTube” kanalından əldə etdiyim gəlirlər Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan reklam xidməti hesab olunurmu və həmin gəlirlərə illik gəlir 45.000 manatdan çox olmadıqda 75 faizlik gəlir vergisi güzəşti tətbiq edilirmi? Bundan əlavə, bu güzəştdən yararlanmaq üçün 3 nəfər muzdlu işçinin olması mütləqdirmi? Mən fəaliyyətimi təkbaşına həyata keçirməyi planlaşdırıram. Bu halda fərdi sahibkar kimi qeydiyyatdan keçərək 2 faizlik vergi güzəştindən yararlana bilərəmmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, sorğuda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və fiziki şəxs həmin fəaliyyətə başlamazdan əvvəl vergi ödəyicisi kimi uçota alınmalıdır.

Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə əsasən, həmin maddədə qeyd olunan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlər (xərclər nəzərə alınmadan) 45.000 manata qədər olduqda həmin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə şamil edilmir.

Əlavə olaraq bildirilib ki, nəzərdə tutulan fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxs eyni zamanda digər fəaliyyət sahələri ilə də məşğul olduqda, 102.1.30-1-ci maddədə nəzərdə tutulan güzəşt hüququndan yalnız o halda istifadə edə bilər ki, həmin fəaliyyət sahələrindən əldə edilən illik gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmasın.

Sorğuya cavab olaraq bildirilib ki, fiziki şəxs kimi qeydiyyata alınan fərdi sahibkarın illik gəliri 45.000 manatı keçmədiyi halda, ona “3 muzdlu işçi” şərti şamil edilmir və fəaliyyəti Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində qeyd olunmuş reklam xidmətinə aid edildiyi halda 75 faiz güzəşt hüququndan yararlana bilər.

Həmçinin, Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) görülən işlərdən və göstərilən xidmətlərdən başqa, işlərin görülməsini və xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz.

Sorğuya əsasən, gəlirlərinin yalnız “YouTube” videohostinqi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər hüquqi şəxsə xidmət etdiyini nəzərə alaraq, həmin fiziki şəxsin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur və həmin şəxs gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 102.1.30-1-ci, 218.5.10-cu maddələri

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?