26 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elanlarla bağlı sual yaranarsa, (012) 403-87-89 nömrəsinə zəng edə bilərsiniz.

Elanlar

Azinşaat Sənaye ASC
VÖEN: 1000057361

Hörmətli “Azinşaat Sənaye” ASC-nin Səhmdarı! Azərbaycan Respublikasının Mülki Məcəlləsini rəhbər tutaraq “Azinşaat Sənaye” Açıq Səhmdar Cəmiyyətinin İcra Orqanı nəzərinizə çatdırır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, keçid 1288 ünvanında yerləşən “Azinşaat Sənaye” ASC-nin inzibati binasında 08.02.2022-ci il tarixdə saat 10:00-da Səhmdarların Ümumi Yığıncağı keçiriləcəkdir. Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. “AZİNŞAAT SƏNAYE” ASC-də İdarəetmə Orqanlarının strukturuna yenidən baxılması və kadr məsələləri; 2. “AZİNŞAAT SƏNAYE” ASC-nin 2021-ci il fəaliyyətinə baxılması və növbəti illər üzrə strateji planın təsdiq edilməsi haqqında; 3. “AZİNŞAAT SƏNAYE” ASC-nin 2021-ci il üzrə maliyyə hesabatının müzakirəsi və təsdiq edilməsi haqqında; 4. “AZİNŞAAT SƏNAYE” ASC-nin balansında olan əmlaklara sərəncam verilməsi haqqında. Qeyd edək ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən Siz Ümumi Yığıncaqda iştirak hüququnuzu bilavasitə özünüz və ya nümayəndəniz vasitəsilə həyata keçirə bilərsiniz. Yığıncaqda özünüz iştirak edəcəyiniz halda, Siz qeydiyyat üçün şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz. Yığıncaqda nümayəndəniz iştirak edəcəksə, qeydiyyat üçün onun tərəfindən adına qanunvericilikdə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir. Yığıncağın gündəliyinə çıxarılan məsələlər üzrə materiallarla 05.01.2022-ci il tarixdən etibarən, şənbə və bazar günləri istisna olmaqla, saat 1000-dan 1200-dək yuxarıda qeyd olunan ünvanda, şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə tanış ola bilərsiniz. Nümayəndə tərəfindən əlavə olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir. Zərurət hiss edildiyi halda, bütün müvafiq materiallar müraciət edildiyi təqdirdə eletron poçt vasitəsilə Sizə göndərilə bilər. Qeyd edək ki, əvvəlcədən edilmiş müraciətə uyğun olaraq iclasa onlayn rejimdə də qoşulma imkanı yaradıla bilər. Qeyd: COVİD-19 virusunun yayılmasının qarşısını almaq məqsədi ilə iclasa COVİD-19 Pasportu və ya immunitet sertifikatının olmasını təsdiq edən sənədin gətirilməsini təmin etməyinizi xahiş edirik!


"ELSE CO" Məhdud Məsuliyyətli Cəmiyyəti
VÖEN: 1504617401

“ELSE CO” MMC-nin nizamnamə kapitalı 1200 (bir min iki yüz) manatdan 1140 (bir min yüz qırx) manat məbləğinədək azaldılmışdır.


“XƏZRİ REZİDENS” MƏNZİL TİKİNTİ KOOPERATİVİ
VÖEN: 2903256871

Təşkilati-hüquqi formasını dəyişərək MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTƏ çevrildiyini elan edir.


"AZƏRİ-ZİNƏTİ HOLDİNG"
VÖEN: 1800731771

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1132 Bakı şəhəri, Sabunçu rayonu, R.Axundov küçəsi, ev 5, mənzil 16 ünvanına bildirə bilərlər.


"RRM TƏMİR-TİKİNTİ" MM
VÖEN: 1306582521

Təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrildiyini elan edir.


"CRONOS"MTK
VÖEN: 1502591411

Adını və təşkilati-hüquqi formasını dəyişərək "CRONOS CONSTRUCTİON" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nə çevrildiyini elan edir.


ATİ TAX ADVİSORY Məhdud Məsuliyyətli Cəmiyyəti
VÖEN: 2905517131

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ5000 Sumqayıt şəhəri, MƏH. 4, ev 5/24A, mənzil 9 ünvanına bildirə bilərlər.


"AZELEKTRO SERVİCE CO" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
VÖEN: 1602784431

Təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrildiyini elan edir.


SUPERSEMENT
VÖEN: 1503166021

Təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrildiyini elan edir.


BESTCOMP GROUP MMC
VÖEN: 1300141651

Təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrildiyini elan edir.


VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir?