VERGİLƏR

sosial-iqtisadi onlayn qəzet
Elanın dərc edildiyi tarix: 23/12/2021 16:15
Azinşaat Sənaye ASC
VÖEN: 1000057361

Hörmətli “Azinşaat Sənaye” ASC-nin Səhmdarı! Azərbaycan Respublikasının Mülki Məcəlləsini rəhbər tutaraq “Azinşaat Sənaye” Açıq Səhmdar Cəmiyyətinin İcra Orqanı nəzərinizə çatdırır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, keçid 1288 ünvanında yerləşən “Azinşaat Sənaye” ASC-nin inzibati binasında 08.02.2022-ci il tarixdə saat 10:00-da Səhmdarların Ümumi Yığıncağı keçiriləcəkdir. Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. “AZİNŞAAT SƏNAYE” ASC-də İdarəetmə Orqanlarının strukturuna yenidən baxılması və kadr məsələləri; 2. “AZİNŞAAT SƏNAYE” ASC-nin 2021-ci il fəaliyyətinə baxılması və növbəti illər üzrə strateji planın təsdiq edilməsi haqqında; 3. “AZİNŞAAT SƏNAYE” ASC-nin 2021-ci il üzrə maliyyə hesabatının müzakirəsi və təsdiq edilməsi haqqında; 4. “AZİNŞAAT SƏNAYE” ASC-nin balansında olan əmlaklara sərəncam verilməsi haqqında. Qeyd edək ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən Siz Ümumi Yığıncaqda iştirak hüququnuzu bilavasitə özünüz və ya nümayəndəniz vasitəsilə həyata keçirə bilərsiniz. Yığıncaqda özünüz iştirak edəcəyiniz halda, Siz qeydiyyat üçün şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz. Yığıncaqda nümayəndəniz iştirak edəcəksə, qeydiyyat üçün onun tərəfindən adına qanunvericilikdə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir. Yığıncağın gündəliyinə çıxarılan məsələlər üzrə materiallarla 05.01.2022-ci il tarixdən etibarən, şənbə və bazar günləri istisna olmaqla, saat 1000-dan 1200-dək yuxarıda qeyd olunan ünvanda, şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə tanış ola bilərsiniz. Nümayəndə tərəfindən əlavə olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir. Zərurət hiss edildiyi halda, bütün müvafiq materiallar müraciət edildiyi təqdirdə eletron poçt vasitəsilə Sizə göndərilə bilər. Qeyd edək ki, əvvəlcədən edilmiş müraciətə uyğun olaraq iclasa onlayn rejimdə də qoşulma imkanı yaradıla bilər. Qeyd: COVİD-19 virusunun yayılmasının qarşısını almaq məqsədi ilə iclasa COVİD-19 Pasportu və ya immunitet sertifikatının olmasını təsdiq edən sənədin gətirilməsini təmin etməyinizi xahiş edirik!

Vergi ödəyicilərinin nəzərinə!
Elan dərc olunduğu tarixdən 3 (üç) ay ərzində
saytın “Elanlar” bölməsində aktiv olacaq.

Elanın doğruluğuna əmin olmaq üçün
QR-code scan edib, yoxlaya bilərsiniz