17 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergiləri onlayn qaydada necə ödəyək?

Qohumum dağlıq ərazidə yaşayır və hər dəfə torpaq vergisini ödəmək üçün rayon mərkəzinə getməli olur. Ona görə də mən onun vergisini onlayn qaydada ödəmək istəyirəm. Ödənişin sistemə çatmasını və hesaba oturmasını necə öyrənə bilərəm?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, vətəndaşlar banka getmədən onlayn üsulla və ya nağd qaydada ödəniş terminalları vasitəsilə vergilərini və digər icbari ödənişlərini ödəyə bilərlər.

Gücləndirilmiş elektron imzadan (o cümlədən Asan İmza) istifadə etməklə rəsmi internet saytımızın “Vergiləri necə ödəyək?” bölməsində göstərilmiş “Onlayn kargüzarlıq” alt bölməsi vasitəsilə ödəniş kartının məlumatlarından istifadə etməklə vergi məbləğini dövlət büdcəsinə ödəyə bilərsiniz.

Bu barədə daha ətraflı məlumatı Dövlət Vergi Xidmətinin rəsmi səhifəsindəki “Vergiləri necə ödəyək?” bölməsindən əldə edə bilərsiniz.

http://www.taxes.gov.az/az/page/vergileri-nece-odeyek

Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir?