Vergiləri onlayn qaydada necə ödəyək?

2024.05.23 11:31 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, vətəndaşlar banka getmədən onlayn üsulla və ya nağd qaydada ödəniş terminalları vasitəsilə vergilərini və digər icbari ödənişlərini ödəyə bilərlər.

Gücləndirilmiş elektron imzadan (o cümlədən Asan İmza) istifadə etməklə rəsmi internet saytımızın “Vergiləri necə ödəyək?” bölməsində göstərilmiş “Onlayn kargüzarlıq” alt bölməsi vasitəsilə ödəniş kartının məlumatlarından istifadə etməklə vergi məbləğini dövlət büdcəsinə ödəyə bilərsiniz.

Bu barədə daha ətraflı məlumatı Dövlət Vergi Xidmətinin rəsmi səhifəsindəki “Vergiləri necə ödəyək?” bölməsindən əldə edə bilərsiniz.

http://www.taxes.gov.az/az/page/vergileri-nece-odeyek