17 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İctimai iaşə xidməti göstərən müəssisədə ƏDV-nin geri qaytarılması necə aparılır?

Şirkət ictimai iaşə fəaliyyəti göstərir və POS-terminal vasitəsilə alıcılar tərəfindən ödənişlər edilir. Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, müəssisə POS-terminal vasitəsilə ödənilmiş məbləğlərə uyğun olaraq ƏDV-ni neçə faizlə qaytarmalıdır? Bu maddəyə əsasən, ictimai iaşə xidməti ƏDV-yə 0%-lə cəlb oluna bilərmi?
 

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizi istehlakçılara geri qaytarılır. Göründüyü kimi, qeyd olunan maddədə ictimai iaşə xidmətinin 0 faiz dərəcə ilə ƏDV-yə cəlb edilməsi qeyd olunmayıb.

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər. Bu halda, vergitutma obyektindən 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanır.

Əsas: Vergi Məcəlləsinin 165-ci və 218-ci maddələr

VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?