İctimai iaşə xidməti göstərən müəssisədə ƏDV-nin geri qaytarılması necə aparılır?

2023.09.26 09:45 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizi istehlakçılara geri qaytarılır. Göründüyü kimi, qeyd olunan maddədə ictimai iaşə xidmətinin 0 faiz dərəcə ilə ƏDV-yə cəlb edilməsi qeyd olunmayıb.

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər. Bu halda, vergitutma obyektindən 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanır.

Əsas: Vergi Məcəlləsinin 165-ci və 218-ci maddələr