10 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sığorta agenti vergi azadolmalarından yararlana bilərmi?

Mən sığorta agenti kimi fəaliyyət göstərirəm. Fəaliyyətimi Şuşa şəhərində həyata keçirmək istəyirəm. İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən vergi ödəyiciləri üçün Vergi Məcəlləsində müəyyən edilmiş güzəştlər mənə şamil olunacaqmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 13.2.14.7-ci maddəsinə əsasən, sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətlərinə aiddir.

Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş 226.3.1-ci maddəsinin müddəalarına əsasən, bu Məcəllənin XIX fəslində müəyyən edilən işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergi azadolmaları maliyyə xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət göstərən şəxslərə şamil edilmir.

Qeyd olunanlara əsasən, sığorta agenti maliyyə xidmətlərinə aid olduğundan, bu fəaliyyətlə məşğul olan vergi ödəyicilərinə Vergi Məcəlləsinin XIX fəslində nəzərdə tutulmuş vergi güzəştləri şamil edilmir.

Əsas: Vergi Məcəlləsinin 13.2.14.7-ci və 226.3.1-ci maddələri.

VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur?