15 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu ildən özəl sektorda çalışan fiziki şəxslər nə qədər sosial sığorta haqqı ödəyəcək? - YENİLİK II HİSSƏ

Birinci yazıda 2026-cı ildən qüvvəyə minmiş qanunvericiliyə əsasən, vergi tutulmalarını izah etdik. Bu yazıda əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov özəl sektorda çalışan işçilərin və işəgötürənlərin ödəyəcəyi sosial sığorta haqlarının hesablanmasındakı dəyişiklikləri izah edir. 

Məcburi dövlət sosial sığorta haqqı üzrə tutulma

Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 2026-cı il yanvarın 1-dən bu sahədə dəyişikliklər edilib. “Sosial sığorta haqqında” Qanunun 14.4-cü maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə tutulacaq:

Sığorta haqqına cəlb edilən aylıq gəlir

Sosial sığorta haqqı dərəcəsi

cəmi

sığortaolunanın gəlirlərindən tutulan

sığortaedənin vəsaiti hesabına ödənilən

200 manatadək

25 faiz

3 faiz

22 faiz

200 manatdan 8.000 manatadək

25 faiz

6 manat + 200 manatdan çox olan 8.000 manatadək olan hissənin 10 faizi

44 manat + 200 manatdan çox olan 8.000 manatadək olan hissənin 15 faizi

8.000 manatdan çox olduqda

21 faiz

786 manat + 8.000 manatdan çox olan hissənin 10 faizi

1.214 manat + 8.000 manatdan çox olan hissənin 11 faizi

Misal 1: Aylıq əməkhaqqı 1.500 manat olan işçinin və işəgötürənin məcburi dövlət sosial sığorta haqqı belə hesablanacaq:

İşçi: (200 x 3%) + (1.300 x 10%) = 6 + 130 = 136 manat;
İşəgötürən: (200 x 22%) + (1.300 x 15%) = 44 + 195 = 239 manat.

Misal 2: Aylıq əməkhaqqı 9.000 manat olan işçinin və işəgötürənin məcburi dövlət sosial sığorta haqqı belə hesablanacaq:

İşçi: 9.000 – 8.000 = 1.000 manat;
8.000 – 200 = 7.800 manat;
(200 x 3%) + (7.800 x 10%) + (1.000 x 10%) = 6 + 780 + 100 = 886 manat;

İşəgötürən: (200 x 22%) + (7.800 x 15%) + (1.000 x 11%) = 44 + 1.170 + 110 = 1.324 manat.

İşsizlikdən sığorta haqqı üzrə tutulma

İşsizlikdən sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilib:

• sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi;
• sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi.

Misal 3: Aylıq əməkhaqqı məbləği 1.500 manat olan işçinin və işəgötürənin ödəyəcəyi işsizlikdən sığorta haqqı belə hesablanacaq:

İşçi: 1.500 x 0,5% = 7,5 manat;
İşəgötürən: 1.500 x 0,5% = 7,5 manat.

Misal 4: Aylıq əməkhaqqı məbləği 9.000 manat olan işçinin və işəgötürənin işsizlikdən sığorta haqqı belə hesablanacaq:

İşçi: 9.000 x 0,5% = 45 manat;
İşəgötürən: 9.000 x 0,5% = 45 manat.

İcbari tibbi sığorta haqqı üzrə tutulma

“Tibbi sığorta haqqında” Qanunda 2026-cı il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliyə əsasən, icbari tibbi sığorta haqqı üzrə də neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən şəxslər üzrə tutulma fərqli şəkildə aparılacaq.

Qanunun 15-10.1.2-1-ci maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən şəxslər üzrə:

• sığortalı tərəfindən işçinin əməkhaqqının 2.500 manatadək olan hissəsindən 2 faiz, 2.500 manatdan yuxarı olan hissəsindən 0,5 faiz;
• sığortaolunan tərəfindən əməkhaqqının 2.500 manatadək olan hissəsindən 2 faiz, 2.500 manatdan yuxarı olan hissəsindən 0,5 faiz tutulma olacaq.

Misal 5: Aylıq əməkhaqqı 1.500 manat olan işçinin və işəgötürənin icbari tibbi sığorta haqqı üzrə öhdəlikləri belə hesablanacaq:

İşçi: 1.500 x 2% = 30 manat;
İşəgötürən: 1.500 x 2% = 30 manat.

Misal 6: Aylıq əməkhaqqı 9.000 manat olan işçinin və işəgötürənin icbari tibbi sığorta haqqı:

İşçi: 9.000 – 2.500 = 6.500 manat;
(2.500 x 2%) + (6.500 x 0,5%) = 50 + 32,5 = 82,5 manat;

İşəgötürən: (2.500 x 2%) + (6.500 x 0,5%) = 50 + 32,5 = 82,5 manat.

İndi isə bir neçə nümunə ilə 2026-cı ildə özəl sektorda çalışan işçilərin əməkhaqqından ümumilikdə tutulmaların aparılmasına nəzər salaq.

Misal 7:

Hesablanan aylıq əməkhaqqı

1.500 manat

Vergiyə cəlb edilən məbləğ

1.500 – 200 = 1.300

Fiziki şəxslərin gəlir vergisi

1.300 x 3% = 39

Sosial sığorta haqqı

İşçi

200 x 3% + (1.500 - 200) x 10% =136

İşəgötürən

200 x 22% + (1.500 - 200) x 15% = 239

İşsizlikdən sığorta haqqı

İşçi

1.500 x 0,5% = 7,5

İşəgötürən

1.500 x 0,5% = 7,5

İcbari tibbi sığorta haqqı

İşçi

1.500 x 2% = 30

İşəgötürən

1.500 x 2% = 30

Nett əməkhaqqı məbləği

1.500 - (39 + 136 + 7.5 + 30) = 1.287,5

Misal 8:

Hesablanan aylıq əməkhaqqı

9.000 manat

Vergiyə cəlb edilən məbləğ

9.000

Fiziki şəxslərin gəlir vergisi

2.500 x 3% + (8.000 – 2.500) x 10% + (9.000 – 8.000) x 14% = 765

Sosial sığorta haqqı

İşçi

200 x 3% + (9.000 - 200) x 10% = 886

İşəgötürən

200 x 22% + (8.000 - 200) x 15% + (9.000 – 8.000) x 11% = 1.324

İşsizlikdən sığorta haqqı

İşçi

9.000 x 0,5% = 45

İşəgötürən

9.000 x 0,5% = 45

İcbari tibbi sığorta haqqı

İşçi

2.500 x 2% + (9.000 - 2.500) x 0,5% = 82,5

İşəgötürən

2.500 x 2% + (9.000 – 2.500) x 0.5% = 82,5

Net əməkhaqqı

9.000 - (765 + 886 + 45 + 82,5) = 7.221,5 manat

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?