Bu ildən özəl sektorda çalışan fiziki şəxslər nə qədər gəlir vergisi ödəyəcək? - YENİLİK I HİSSƏ
Özəl sektorda çalışan fiziki şəxslərin gəlir vergisinə tətbiq edilən 7 illik güzəştlər 2025-ci ilin sonunda başa çatıb. Bununla bağlı Vergi Məcəlləsində edilmiş dəyişikliklər 2026-cı il yanvarın 1-dən qüvvəyə minib. Həmin tarixdən etibarən qeyri-neft-qaz sektorunun özəl bölməsində fiziki şəxslərin gəlir vergisinə dair yeni, mərhələli güzəştlərin tətbiqinə başlanılır. Məqsəd islahatların nəticələrinin qorunması və əmək gəlirləri üzrə “ağarma” imkanlarının dəstəklənməsinin davam etdirilməsidir. Bu səbəbdən, daha az gəlirlərə aşağı vergi yükünü müəyyən etməklə qeyri-neft-qaz sektorunun özəl bölməsində əməkhaqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb olunması nəzərdə tutulur. Aylıq məbləğindən asılı olaraq, 2.500 manatadək gəlirlər 2026-cı ildən 3 faiz, 2027-ci ildən 5 faiz, sonrakı illərdən isə 7 faiz, 2.500-8.000 manat aralığında gəlirlər 10 faiz və 8.000 manatdan yuxarı gəlirlər 14 faiz dərəcə ilə vergiyə cəlb olunacaq. Bu zaman işçinin aylıq gəliri 2.500 manatadək olduqda həmin məbləğin 200 manatlıq hissəsindən gəlir vergisinin tutulmaması ilə bağlı güzəşt qüvvədə qalacaq.
Bəs 2026-cı ildən fiziki şəxslərin gəlir vergisi necə hesablanacaq? “vergiler.az”ın sualına əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir.
Qüvvədə olan qanunvericiliyə görə, hazırda əməkhaqqından aşağıdakı icbari ödənişlər tutulur:
1. Fiziki şəxslərin gəlir vergisi üzrə – fiziki şəxsin gəliri əsasında müəyyən olunmuş qayda və dərəcədə tutularaq dövlət büdcəsinə ödənilən vəsait.
2. Məcburi dövlət sosial sığorta haqqı üzrə – sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Şəxsin pensiya kapitalının formaşlaması və müəyyən olunmuş müavinətlərdən istifadə etməsinə hüquq verən ödəniş.
3. İşsizlikdən sığorta haqqı üzrə – nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat forması.
4. İcbari tibbi sığorta haqqı üzrə – xidmətlər zərfinə daxil olan tibbi xidmətlərdən istifadə etmək üçün ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə təminat verən ödəniş forması.
Fiziki şəxslərin gəlir vergisi üzrə tutulma
Azərbaycan Respublikasının vergi siyasətində əsas məqsədlərdən biri sosial ədalətin qorunması, “kölgə iqtisadiyyatı”nın azaldılması və dövlət büdcəsinin dayanıqlı gəlir mənbələrinin təmin edilməsidir. Bu istiqamətdə fiziki şəxslərin gəlir vergisi üzrə yeni dərəcələrin mərhələli tətbiqi 2026–2028-ci illər üçün nəzərdə tutulub. Dəyişikliklər əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxsləri əhatə edir.
Vergi Məcəlləsinin 101.1-1.1-ci maddəsinə əsasən, 2026-cı il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı dərəcələrlə tutulacaq:
|
Vergi tutulan aylıq gəlirin məbləği |
Verginin dərəcəsi |
|
2.500 manatadək olduqda |
3 faiz |
|
2.500 manatdan 8.000 manatadək olduqda |
75 manat + 2.500 manatdan 8.000 manatadək olan məbləğin 10 faizi |
|
8.000 manatdan çox olduqda |
625 manat + 8.000 manatdan çox olan məbləğin 14 faizi |
2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək 2.500 manatadək aylıq gəlirdən 5 faiz, 2.500 manatdan 8.000 manatadək olan aylıq gəlirdən 125 manat + 2.500 manatdan 8.000 manatadək olan məbləğin 10 faizi və aylıq gəliri 8.000 manatdan çox olduqda 675 manat + 8.000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.
2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək:
|
Vergi tutulan aylıq gəlirin məbləği |
Verginin dərəcəsi |
|
2.500 manatadək olduqda |
5 faiz |
|
2.500 manatdan 8.000 manatadək olduqda |
125 manat + 2.500 manatdan 8.000 manatadək olan məbləğin 10 faizi |
|
8.000 manatdan çox olduqda olduqda |
675 manat + 8.000 manatdan çox olan məbləğin 14 faizi |
2028-ci il yanvarın 1-dən isə 2.500 manatadək aylıq gəlirdən 7 faiz, 2.500 manatdan 8.000 manatadək olan aylıq gəlirdən 175 manat + 2500 manatdan 8.000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8.000 manatdan çox olduqda 725 manat + 8.000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.
2028-ci il yanvarın 1-dən:
|
Vergi tutulan aylıq gəlirin məbləği |
Verginin dərəcəsi |
|
2.500 manatadək olduqda |
7 faiz |
|
2.500 manatdan 8.000 manatadək olduqda |
175 manat + 2.500 manatdan 8.000 manatadək olan məbləğin 10 faizi |
|
8.000 manatdan çox olduqda olduqda |
725 manat + 8.000 manatdan çox olan məbləğin 14 faizi |
Qeyd edilənləri aşağıdakı cədvəldə ümumiləşdirə bilərik:
|
Dövr |
2.500 manata qədər |
2.500-8.000 manat arası |
8.000 manatdan yuxarı |
|
2026 |
3% |
75 manat + (2.500 manatdan çox hissənin 10%-i) |
625 manat + (8.000 manatdan çox hissənin 14%-i) |
|
2027 |
5% |
125 manat + (2.500 manatdan çox hissənin 10%-i) |
675 manat + (8.000 manatdan çox hissənin 14%-i) |
|
2028 |
7% |
175 manat + (2.500 manatdan çox hissənin 10%-i) |
725 manat + (8.000 manatdan çox hissənin 14%-i) |
Qeyd edilənlərə əsasən, 2026, 2027 və 2028-ci il üzrə əməkhaqqından gəlir vergisinin tutulması üzrə praktiki nümunələrə baxaq. Neft-qaz sahəsində və dövlət sektorunda çalışanlar üçün vergi dərəcələrində hər hansı dəyişiklik olmadığı üçün aşağıda yalnız neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışanlar üçün müvafiq dəyişiklikləri əhatə edən nümunələr təqdim edilir.
2026-cı il üçün nümunələr:
Misal 1: Aylıq əməkhaqqı: 1.500 manat;
Vergiyə cəlb olunan məbləğ: 1.500 – 200 = 1.300 manat;
Gəlir vergisi (3%) → 1.300 x 3% = 39 manat.
2026-cı il yanvarın 1-dək bu nümunə üzrə tutulmanın məbləği gəlir 8.000 manatadək olduqda 0% faiz olduğundan 0 manat təşkil edir.
Misal 2: Aylıq əməkhaqqı: 9.000 manat;
Gəlir vergisi: 625 + (9.000 – 8.000) x 14% = 625 + 140 = 765 manat.
2026-cı il yanvarın 1-dək bu nümunə üzrə tutulmanın məbləği gəlir 8.000 manatadək olduqda 0% faiz, 8.000 manatdan çox olan məbləğin 14%-i həddində olduğundan 140 manat ((9.000-8.000) x 14%) təşkil edir.
2027-ci il üçün nümunələr:
|
Vergi tutulan aylıq gəlirin məbləği |
Vergi dərəcəsi |
|
2.500 manatadək |
5% (yalnız bu səviyyədə 200 manat güzəşt tətbiq olunur) |
|
2.500–8.000 manat |
125 ₼ + (2.500 manatdan çox hissənin 10%-i) |
|
8.000 manatdan çox |
675 ₼ + (8.000 manatdan çox hissənin 14%-i) |
Misal 3: Aylıq əməkhaqqı: 1.500 manat;
Vergiyə cəlb olunan məbləğ: 1.500 – 200 = 1.300 manat;
Gəlir vergisi: 1.300 x 5% = 65 manat.
Misal 4: Aylıq əməkhaqqı: 9.000 manat;
Gəlir vergisi: 675 + (9.000 – 8.000) x 14% = 675 + 140 = 815 manat.
2028-ci il üçün nümunələr:
|
Gəlir səviyyəsi |
Vergi dərəcəsi |
|
2.500 manatadək |
7% (yalnız bu səviyyədə 200 manat güzəşt tətbiq olunur) |
|
2.500–8.000 manat |
175 manat + (2.500 manatdan çox hissənin 10%-i) |
|
8.000 manatdan çox |
725 manat + (8.000 manatdan çox hissənin 14%-i) |
Misal 5: Aylıq əməkhaqqı: 1.500 manat;
Vergiyə cəlb olunan məbləğ: 1.500 – 200 = 1.300 manat;
Gəlir vergisi: 1.300 x 7% = 91 manat.
Misal 6: Aylıq əməkhaqqı: 9.000 manat;
Gəlir vergisi: 725 + (9.000 – 8.000) x 14% = 725 + 140 = 865 manat.
Yekun müqayisə:
|
İl |
Əməkhaqqı (manat) |
Vergi güzəşti tətbiqi |
Gəlir vergisi (manat) |
|
2025 |
1 500 |
+ |
0 |
|
2025 |
9 000 |
❌ |
140 |
|
2026 |
1 500 |
+ |
39 |
|
2026 |
9 000 |
❌ |
765 |
|
2027 |
1 500 |
+ |
65 |
|
2027 |
9 000 |
❌ |
815 |
|
2028 |
1 500 |
+ |
91 |
|
2028 |
9 000 |
❌ |
865 |
Cədvəldən göründüyü kimi, 1.500 manat əməkhaqqı alan işçinin gəlirindən 2025-ci ildə 0 manat, 2026-cı ildə 39 manat, 2027-ci ildə 65 manat və 2028-ci ildə 91 manat gəlir vergisi tutulacaq.
Ardı var...


1x_1.jpg)
