6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?

Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?

Vergi Məcəlləsinə 2026-cı ildən əlavə edilmiş 155.1-1-ci maddədə qeyd edilir ki, həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən, vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınır.

Tutaq ki, vergi ödəyicisinin ümumi dövriyyəsi 250.000 manat olub. Bunun 120.000 manatlıq hissəsi POS-terminal vasitəsilə ödənişlərdən formalaşarsa, 155.1-1-ci maddənin müddəalarına əsasən, ƏDV qeydiyyatına düşmür. Bəs bu halda mənfəət vergisi üçün mikro sahibkar hesab olunaraq 75 faizlik vergi güzəştindən yararlana bilərmi, yoxsa mənfəət vergisi 20 faiz dərəcə ilə hesablanmalıdır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 155.1-1-ci maddəsinə əsasən, vergi ödəyicisinin ƏDV məqsəqləri üçün qeydiyyata dair ərizə vermək öhdəliyini müəyyənləşdirərkən, onun pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınır.

Sorğuya cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 155.1-1-ci maddəsi yalnız ƏDV qeydiyyatı öhdəliyinin yaranıb-yaranmamasını müəyyən etmək üçün istifadə olunur. Bu səbəbdən, illik gəliriniz 200.000 manatı keçdiyi üçün mənfəət vergisi bəyannaməsini təqdim edərkən əldə olunan mənfəət 20 faiz dərəcə ilə vergiyə cəlb olunacaq.

Əsas: Vergi Məcəlləsinin 105.1, 155.1-1-ci maddələri

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?