6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?

Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən, plan üzrə (növbəti) yoxlamanın müddəti iri sahibkarlarda on iş günündən, orta, kiçik və mikro sahibkarlarda beş iş günündən artıq olmamalıdır. Plandankənar (növbədənkənar) yoxlamanın müddəti isə iri sahibkarlarda beş iş günündən, orta, kiçik və mikro sahibkarlarda üç iş günündən çox olmamalıdır. İri, orta, kiçik və mikro sahibkarların meyarları “Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna uyğun müəyyən edilir. Belə olan halda, əgər növbədənkənar yoxlama keçirilməsi üçün vergi orqanı tərəfindən verilmiş qərarda yoxlama müddəti 30 gün göstərilibsə, bu, qanun pozuntusu sayılırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən, bu qanun vergi yoxlamalarına şamil edilmir.

Əlavə olaraq qeyd olunub ki, vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında (Vergi Məcəlləsinin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla) vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda, vergi qanunvericiliyinin aktları tətbiq edilir.

Sorğuya cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasının keçirilmə müddəti 30 iş günündən artıq olmamalıdır, lakin müstəsna hallarda yuxarı vergi orqanı tərəfindən bu müddət 90 iş gününədək uzadıla bilər.

Əsas: Vergi Məcəlləsinin 38.2-ci və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.2-ci maddələri

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?