İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən, bu qanun vergi yoxlamalarına şamil edilmir.
Əlavə olaraq qeyd olunub ki, vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında (Vergi Məcəlləsinin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla) vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda, vergi qanunvericiliyinin aktları tətbiq edilir.
Sorğuya cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasının keçirilmə müddəti 30 iş günündən artıq olmamalıdır, lakin müstəsna hallarda yuxarı vergi orqanı tərəfindən bu müddət 90 iş gününədək uzadıla bilər.
Əsas: Vergi Məcəlləsinin 38.2-ci və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.2-ci maddələri