Məcburi dövlət sosial sığorta haqqı üzrə tutulma
Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 2026-cı il yanvarın 1-dən bu sahədə dəyişikliklər edilib. “Sosial sığorta haqqında” Qanunun 14.4-cü maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə tutulacaq:
|
Sığorta haqqına cəlb edilən aylıq gəlir |
Sosial sığorta haqqı dərəcəsi |
||
|
cəmi |
sığortaolunanın gəlirlərindən tutulan |
sığortaedənin vəsaiti hesabına ödənilən |
|
|
200 manatadək |
25 faiz |
3 faiz |
22 faiz |
|
200 manatdan 8.000 manatadək |
25 faiz |
6 manat + 200 manatdan çox olan 8.000 manatadək olan hissənin 10 faizi |
44 manat + 200 manatdan çox olan 8.000 manatadək olan hissənin 15 faizi |
|
8.000 manatdan çox olduqda |
21 faiz |
786 manat + 8.000 manatdan çox olan hissənin 10 faizi |
1.214 manat + 8.000 manatdan çox olan hissənin 11 faizi |
Misal 1: Aylıq əməkhaqqı 1.500 manat olan işçinin və işəgötürənin məcburi dövlət sosial sığorta haqqı belə hesablanacaq:
İşçi: (200 x 3%) + (1.300 x 10%) = 6 + 130 = 136 manat;
İşəgötürən: (200 x 22%) + (1.300 x 15%) = 44 + 195 = 239 manat.
Misal 2: Aylıq əməkhaqqı 9.000 manat olan işçinin və işəgötürənin məcburi dövlət sosial sığorta haqqı belə hesablanacaq:
İşçi: 9.000 – 8.000 = 1.000 manat;
8.000 – 200 = 7.800 manat;
(200 x 3%) + (7.800 x 10%) + (1.000 x 10%) = 6 + 780 + 100 = 886 manat;
İşəgötürən: (200 x 22%) + (7.800 x 15%) + (1.000 x 11%) = 44 + 1.170 + 110 = 1.324 manat.
İşsizlikdən sığorta haqqı üzrə tutulma
İşsizlikdən sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilib:
• sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi;
• sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi.
Misal 3: Aylıq əməkhaqqı məbləği 1.500 manat olan işçinin və işəgötürənin ödəyəcəyi işsizlikdən sığorta haqqı belə hesablanacaq:
İşçi: 1.500 x 0,5% = 7,5 manat;
İşəgötürən: 1.500 x 0,5% = 7,5 manat.
Misal 4: Aylıq əməkhaqqı məbləği 9.000 manat olan işçinin və işəgötürənin işsizlikdən sığorta haqqı belə hesablanacaq:
İşçi: 9.000 x 0,5% = 45 manat;
İşəgötürən: 9.000 x 0,5% = 45 manat.
İcbari tibbi sığorta haqqı üzrə tutulma
“Tibbi sığorta haqqında” Qanunda 2026-cı il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliyə əsasən, icbari tibbi sığorta haqqı üzrə də neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən şəxslər üzrə tutulma fərqli şəkildə aparılacaq.
Qanunun 15-10.1.2-1-ci maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən şəxslər üzrə:
• sığortalı tərəfindən işçinin əməkhaqqının 2.500 manatadək olan hissəsindən 2 faiz, 2.500 manatdan yuxarı olan hissəsindən 0,5 faiz;
• sığortaolunan tərəfindən əməkhaqqının 2.500 manatadək olan hissəsindən 2 faiz, 2.500 manatdan yuxarı olan hissəsindən 0,5 faiz tutulma olacaq.
Misal 5: Aylıq əməkhaqqı 1.500 manat olan işçinin və işəgötürənin icbari tibbi sığorta haqqı üzrə öhdəlikləri belə hesablanacaq:
İşçi: 1.500 x 2% = 30 manat;
İşəgötürən: 1.500 x 2% = 30 manat.
Misal 6: Aylıq əməkhaqqı 9.000 manat olan işçinin və işəgötürənin icbari tibbi sığorta haqqı:
İşçi: 9.000 – 2.500 = 6.500 manat;
(2.500 x 2%) + (6.500 x 0,5%) = 50 + 32,5 = 82,5 manat;
İşəgötürən: (2.500 x 2%) + (6.500 x 0,5%) = 50 + 32,5 = 82,5 manat.
İndi isə bir neçə nümunə ilə 2026-cı ildə özəl sektorda çalışan işçilərin əməkhaqqından ümumilikdə tutulmaların aparılmasına nəzər salaq.
Misal 7:
|
Hesablanan aylıq əməkhaqqı |
1.500 manat |
|
|
Vergiyə cəlb edilən məbləğ |
1.500 – 200 = 1.300 |
|
|
Fiziki şəxslərin gəlir vergisi |
1.300 x 3% = 39 |
|
|
Sosial sığorta haqqı |
İşçi |
200 x 3% + (1.500 - 200) x 10% =136 |
|
İşəgötürən |
200 x 22% + (1.500 - 200) x 15% = 239 |
|
|
İşsizlikdən sığorta haqqı |
İşçi |
1.500 x 0,5% = 7,5 |
|
İşəgötürən |
1.500 x 0,5% = 7,5 |
|
|
İcbari tibbi sığorta haqqı |
İşçi |
1.500 x 2% = 30 |
|
İşəgötürən |
1.500 x 2% = 30 |
|
|
Nett əməkhaqqı məbləği |
1.500 - (39 + 136 + 7.5 + 30) = 1.287,5 |
|
Misal 8:
|
Hesablanan aylıq əməkhaqqı |
9.000 manat |
|
|
Vergiyə cəlb edilən məbləğ |
9.000 |
|
|
Fiziki şəxslərin gəlir vergisi |
2.500 x 3% + (8.000 – 2.500) x 10% + (9.000 – 8.000) x 14% = 765 |
|
|
Sosial sığorta haqqı |
İşçi |
200 x 3% + (9.000 - 200) x 10% = 886 |
|
İşəgötürən |
200 x 22% + (8.000 - 200) x 15% + (9.000 – 8.000) x 11% = 1.324 |
|
|
İşsizlikdən sığorta haqqı |
İşçi |
9.000 x 0,5% = 45 |
|
İşəgötürən |
9.000 x 0,5% = 45 |
|
|
İcbari tibbi sığorta haqqı |
İşçi |
2.500 x 2% + (9.000 - 2.500) x 0,5% = 82,5 |
|
İşəgötürən |
2.500 x 2% + (9.000 – 2.500) x 0.5% = 82,5 |
|
|
Net əməkhaqqı |
9.000 - (765 + 886 + 45 + 82,5) = 7.221,5 manat |
|