26 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Beynəlxalq müqavilələrin vergi ilə bağlı müddəalarının tətbiqinə hansı halda məhdudiyyət qoyulur?

Beynəlxalq müqavilələrin vergi ilə bağlı müddəalarının tətbiqinə hansı halda məhdudiyyət qoyulur?

“vergiler.az” mövzu ilə bağlı iqtisadçı Anar Bayramovun şərhini təqdim edir.

Vergi Məcəlləsinin 2.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ huquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir.

Vergi Məcəlləsində 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş dəyişikliyə əsasən, Məcəllənin 2.5-ci maddəsinin müddəalarının tətbiq olunmaması halları artırılıb. Təsdiq edilən dəyişikliyə əsasən, Məcəllənin 2.6-cı maddəsində “münasibətdə,” sözü “münasibətdə vergidən yayınma məqsədilə istifadə edilirsə, o cümlədən” sözləri ilə əvəz edilib. 1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsinin 2.6-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilə ilə bu müqavilə bağlanan dövlətin rezidentinə verilən vergi güzəştlərinə və üstünlüklərinə münasibətdə vergidən yayınma məqsədilə istifadə edilirsə, o cümlədən həmin müqavilə onu bağlamış dövlətin rezidenti olmayan şəxs tərəfindən qeyd edilən güzəştlərin və üstünlüklərin alınması üçün istifadə edilirsə, bu Məcəllənin 2.5-ci maddəsinin müddəaları tətbiq olunmur.

Misal. Tutaq ki, Azərbaycan rezidenti bu maddənin müddəalarına müvafiq olaraq Böyük Britaniyada gəlir əldə edib və ya orada vergi ödəyib. Ödənilmiş vergi Azərbaycan Respublikasında həmin rezident tərəfindən ödənilən vergidən (məsələn, mənfəət vergisi, əmlak vergisi) çıxılmalıdır. Vergi orqanının həyata keçirdiyi nəzarət tədbirləri zamanı vergi ödəyicisinin qeyd olunan fəaliyyətlərdən vergidən yayınma məqsədilə istifadə etdiyi müəyyən olunduğu halda həmin fəaliyyət üzrə Azərbaycanla Böyük Britaniya arasında müqavilənin müddəaları yox, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələbləri əsas götürülür.

Mənbə: Anar Bayramov. “Vergi qanunvericiliyi və şərhlər toplusu - 2023” kitabı

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?