19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOBİA Böyük Britaniya ilə KOB sahəsində əməkdaşlıq edəcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfər çəçivəsində Londonda Kiçik Biznes Federasiyasında olublar. KOBİA-dan bildirilib ki, agentliyin idarə heyətinin sədri Orxan Məmmədov və Kiçik Biznes Federasiyasının Avropa İttifaqı və beynəlxalq əlaqələr idarəsinin direktor müavini Ceyms Sibli arasında keçirilmiş görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyəti, xarici ölkələrin, o cümlədən Böyük Britaniyanın müvafiq qurumları ilə əməkdaşlığı barədə məlumat verilib, federasiya ilə əməkdaşlığa, qurumun nümayəndələrinin ölkəmizə səfərinin təşkilinə, startaplara və KOB-lara xidmətlərin göstərilməsi sahəsində təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparılıb.

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Direktorlar Şurasının üzvü Taşkın Temizlə görüşdə bankın 2019-2024-cü illər üzrə strategiyası çərçivəsində KOB-ların dəstəklənməsi istiqamətində, eləcə də dövlət-özəl sektor tərəfdaşlığı sahəsində əməkdaşlığa, EBRD-nin Bakı ofisi ilə birgə KOB-ların iştirakı ilə konfransın təşkili üzrə müzakirələr olub.

London Ticarət və Sənaye Palatasının baş icraçı direktorunun müavini Peter Bişopla görüşdə isə KOBİA-nın və palatanın fəaliyyəti, KOB-lara göstərilən xidmətlər barədə qarşılıqlı məlumat verilib, Azərbaycan şirkətlərinin dünyanın ən böyük biznesə dəstək şəbəkələrindən olan Avropa Sahibkarlar Şəbəkəsinə (Enterprise Europe Network) qoşulması imkanlarına, KOB-lara xidmətlərin göstərilməsi, bazarlara çıxış sahələrində təcrübə mübadiləsinə, eləcə də ixrac sahəsində KOB-ların bilik və bacarıqlarının artırılması barədə müzakirələr aparılıb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?