26 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın neft-qaz yataqlarının işlənilməsi ilə bağlı xarici şirkətlərlə əməkdaşlığı genişlənir

Neft-qaz sənayesi həmişə Azərbaycan iqtisadiyyatının lokomotivi olub. Təsadüfi deyil ki, Davos Forumunda iştirak edən prezident İlham Əliyev bu istiqamətdə bir sıra mühüm görüşlər keçirib. "Lukoil", "Equinor" və BP şirkətlərinin rəhbərləri ilə görüşlərdə ölkəmizin neft-qaz yataqlarının işlənilməsi ilə bağlı danışıqlar aparılıb.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun sözlərinə görə, "Xəzəryanı-Quba", "Qoşadaş" və "Naxçıvan" perspektiv strukturlarında kəşfiyyat işlərinin aparılması ilə bağlı Rusiyanın "Lukoil" şirkəti ilə Anlaşma Memorandumu imzalanıb: "Sonrakı mərhələlərdə maraqlar konkretləşərsə, yataqların işlənməsi barədə başqa sazişlər imzalana bilər.

Ölkə başçısı Davosda həmçinin bizim ən böyük tərəfdaşlarımızdan olan BP və "Equinor" şirkətlərinin rəhbərləri ilə görüşlər keçirdi. BP şirkəti ilə biz nəinki Azərbaycanda, hətta bir sıra xarici layihələrdə əməkdaşlıq edirik. Azərbaycanda neft hasilatının stabilləşdirilməsində BP-nin də öhdəliyi və mühüm rolu var. Bununla yanaşı, qaz hasilatının artırılmasına da BP-nin öz töhfəsini verməsi müzakirə olunur. Ola bilər ki, qarşıdakı illərdə "Azəri-Çıraq-Günəşli" yataqlarında dərin süxurlardakı qazın çıxarılması mümkün olsun. Hazırda bu imkanlar araşdırılır, "Şahdəniz" yatağının sonrakı mərhələləri ilə bağlı fikir mübadiləsi aparılır.

Hazırkı prioritetlər "Total" şirkəti ilə birlikdə "Şahdəniz-2", "Abşeron" yataqlarının, "Equinor" şirkəti ilə "Qarabağ" yatağının işlənməsi layihələri əsas hədəflərdəndir. Bu yataqda indi kəşfiyyat qazması aparılır. Biz bilirik ki, bu yatağın önəmli potensialı var.

"Equinor" şirkəti ilə "Aypara" strukturunda da iki ay müddətində kəşfiyyat qazması aparacağıq. Bunun nəticəsində biz həmin strukturun potensialını daha dəqiq biləcəyik".

Səbuhi TURAN

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?