27 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tahir Mirkişili: "2024-cü il Azərbaycanda iqtisadi inkişafın sürətləndiyi bir il kimi yadda qalacaq"

2024-cü il Azərbaycanda iqtisadi inkişafın sürətləndiyi bir il kimi yadda qalacaq.

vergiler.az” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “5-ci yerli sahibkarların tanıtım sərgisi”ndə çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadi inkişafın təmini üçün qanunvericilik baxımından kifayət qədər iş görüb: “Təxminən 1 ay sonra Rəqabət Məcəlləsi tətbiq olunmağa başlayacaq. Düşünürük ki, rəqabət mühitinin inkişaf etdirilməsi aparılan iqtisadi siyasətin gücləndirilməsi baxımından yeni mərhələnin başlanması deməkdir”.

T. Mirkişili xatırladıb ki, Azərbaycanda COP29 kimi nəhəng tədbir keçiriləcək: “Dünya artıq məhsul istehsalında iqlim amilinin nəzərə alınması ilə bağlı bir mərhələyə qədəm qoyur. Ola bilsin ki, gələcəkdə bütün məhsulların satışı ilə bağlı karbon vergilərinin tətbiq olunması, yaxud bu məhsullar üçün hansı enerji mənbələrindən istifadə ilə bağlı tələb formalaşsın”.
Komitə sədri qeyd edib ki, Azərbaycanda sahibkarların çox az hissəsi internet xidmətlərindən, onlayn satışlardan istifadə edir: “Bu sahədə uğurlar əldə etmək mühüm çağırışlardan biridir. Mən bütün sahibkarları məhsul istehsal etdikdən sonra da onlayn xidmətlərdən daha çox istifadə etməyə çağırıram”.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?