Elçin Məmmədov: “ƏDV geri al” layihəsi iqtisadiyyatda şəffaflaşmaya xidmət edir" MÜSAHİBƏ
“ƏDV gerial” layihəsinin işə düşməsindən 2 ilə yaxın vaxt keçir. Son illərin diqqətçəkən layihələrindən olan “ƏDV geri al” cəmiyyətdə çox populyar, eyni zamanda öz məqsədləri baxımından iqtisadiyyatda şəffaflığı təmin etməyə yönəli innovativ bir layihədir. Layihənin məqsədləri, əldə olunan nəticələrlə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi Elçin Məmmədov suallarımızı cavablandırıb:














