12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi ödəyicilərinin Asan İmzanı operativ əldə etməsi məqsədəuyğundur MƏQALƏ

  • Elektron kabinet vergi ödəyiciləri üçün bir sıra üstünlüklər yaradır;

  • Vergi ödəyicilərinin elektron kabineti rəqəmsal çağırışlara uyğun olaraq daim təkmilləşdirilir;

  • Vergi ödəyicilərinə bu yeniliyin indidən təqdim edilməsi onlara Asan İmzaya sahib olmaq üçün vaxt qazandırır.

Sahibkarlıq subyektləri vergi inzibatçılığının təkmilləşdirilməsi nəticəsində öz bizneslərini genişləndirmək üçün səmərəli imkanlar əldə edirlər. Bu sahədə aparılan islahatlar sırasında vergi yükünün optimallaşdırılması ilə yanaşı, inzibati prosedurların da sadələşdirilməsi mühüm istiqamətlərdəndir.

Əlverişli vergi şərtləri ilə biznes quran sahibkar vergi öhdəliklərini yerinə yetirmək üçün adekvat imkanların olmasını istəyir. Bu isə elektron xidmətlərin və rəqəmsal prosedurların artırılması ilə səciyyələnir. Sahibkarların vergi ilə bağlı prosedurları daha sadə və çevik formada yerinə yetirə bilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin fəaliyyətində vahid elektron sistem çərçivəsində avtomatlaşdırılma və vergi ödəyiciləri ilə birbaşa əlaqənin təmassız əlaqə ilə əvəz edilməsi reallaşdırılır. Vergi orqanları ilə vergi ödəyiciləri arasında elektron əlaqəyə keçidin təmin olunması üçün vergi ödəyicilərinin elektron kabineti mövcuddur və bu plartforma vergi ödəyicilərinin fəaliyyətində mühüm köməkçi vasitədir.

Elektron kabinetdən istifadənin üstünlükləri

Elektron kabinet vergi ödəyiciləri üçün bir sıra üstünlüklər yaradır. Bu platforma üzərindən onlar vergi orqanları ilə yazışa, vergi bəyannamələrini hazırlayıb göndərə, vergi sahəsində baş vermiş yeniliklərlə tanış ola bilirlər. Vergi ödəyicisi vergi orqanının verdiyi kod-parol və ya gücləndirilmiş elektron imza ilə kabinetə daxil olaraq ona ünvanlanmış sənədləri oxuyur və vergi orqanına sənəd və məlumatları elektron üsulla göndərmək imkanı əldə edir. Bu, vaxt itkisini aradan qaldırır və ödəyiciyə sənədlərini istənilən məkandan operativ formada təqdim etmək imkanı yaradır. Bundan başqa, vergi ödəyicisi istənilən yerdə elektron kabinetdə uçot məlumatlarına, özünə məxsus sənəd və məlumatlara, habelə büdcə qarşısındakı öhdəliklərinə baxmaq və s. imkanlar qazanır. Elektron kabinet vətəndaşın rahatlığını təmin etməklə yanaşı, həm də sahibkarlar üçün vergi orqanları ilə əlaqələri təmin edən təhlükəsiz vasitədir. Vergi ödəyicilərinin elektron kabineti rəqəmsal çağırışlara uyğun olaraq daim təkmilləşdirilir.

Elektron kabinetdən istifadə zamanı yeni qaydalar tətbiq ediləcək

1 yanvar 2024-cü il tarixindən etibarən vergi ödəyicilərinin elektron kabinetdən istifadəsi zamanı yeni qayda qüvvəyə minir. Belə ki, həmin tarixdən vergi orqanı tərəfindən verilmiş kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanları məhdudlaşdırılacaq, ödəyicilər yalnız gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə bu imkandan yararlana biləcəklər. Gücləndirilmiş elektron imzası olan vergi ödəyiciləri mobil telefon, kompüter və digər mobil qurğular vasitəsilə bütün elektron xidmətlərdən maneəsiz və təhlükəsiz istifadə edə biləcəklər. Vergi ödəyicisi elektron kabinetinə daxil olmaq və sadalanan elektron xidmətlərdən faydalanmaq üçün gücləndirilmiş elektron imzaya (Asan İmza) sahib olmalıdır. Vergi ödəyicilərinə bu yeniliyin indidən təqdim edilməsi onlara Asan İmzaya sahib olmaq üçün vaxt qazandırır. Bu prosesi son ana saxlamaq sıxlıqla üzləşməyə gətirib çıxara bilər. Çünki ölkəmizdə 1 milyondan çox vergi ödəyicisi var və onların hər biri elektron kabinetdən istifadə üçün Asan İmzaya malik olmalıdır. Gücləndirilmiş elektron imzanın istifadəsi ilk növbədə vergi ödəyicisinin özü üçün sərfəlidir. Çünki bu mexanizm yüksək təhlükəsizlik vəd edir. Həmçinin, vergi ödəyiciləri gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə bir sıra elektron xidmətlərdən, o cümlədən əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması, e-qaimə-fakturaların təqdim olunması və s. xidmətlərdən yararlana bilirlər. Buna görə də vergi ödəyicilərinin Asan İmzanı operativ əldə etməsi məqsədəuyğundur.

Gülay NƏBİYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?