6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ehtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?

Ehtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?

Müəssisəmizin balansında olan avadanlığın dəyəri 200.000 manat təşkil edir. Həmin avadanlığın bir ehtiyat hissəsi (detalı) sıradan çıxıb və onun əvəz olunması üçün 15.000 manat dəyərində yeni ehtiyat hissəs alınıb və quraşdırılıb. Sualımız ondan ibarətdir ki, qeyd olunan 15.000 manatlıq ehtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxılan xərc kimi tanına bilərmi, yoxsa Vergi Məcəlləsinin 115-ci maddəsində göstərilmiş təmir xərci norması (avadanlıqlar üçün 5%) tətbiq olunaraq yalnız 200.000 x 5% = 10.000 manat məbləğ xərcə silinməli, qalan 5.000 manat isə əsas vəsaitin dəyərinə əlavə olunaraq kapitallaşdırılmalıdır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 115.1-ci maddəsinə əsasən, hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna balans üzrə qalıq dəyərinə müvafiq olaraq, maşın avadanlıq üzrə ilin sonuna qalıq dəyərinin 5 faizi həddi ilə məhdudlaşdırılır.

Bu halda növbəti vergi illərində təmir xərclərinin gəlirdən çıxılan məbləğ həddi təmir xərclərinin faktiki məbləği ilə müəyyənləşdirilmiş hədd üzrə hesablanmış məbləği arasındakı fərq qədər artırılır. Müəyyən edilmiş məhdudlaşdırmadan artıq olan məbləğ cari vergi ilinin sonuna əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərinin artmasına aid edilir.

Sorğuya cavab olaraq bildirilib ki, qeyd olunan hal üzrə çəkilən xərc təmir xərci hesab edilir. Çəkilən xərc norma daxilində gəlirdən cıxılmalı və normadan artıq olan hissəsi əsas vəsaitin qalıq dəyərinə əlavə edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 115-ci maddəsi

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?