12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Asan İmzaya sahib olmağın üstünlükləri MƏQALƏ

  • Vergi ödəyiciləri ilə birbaşa əlaqənin təmassız əlaqə ilə əvəz edilməsi prioritetlərdəndir;

  • 2024-cü il yanvar ayının 1-dən etibarən vergi ödəyicilərinin elektron kabinetdən istifadəsi zamanı yeni qaydalar tətbiq ediləcək;

  • Yalnız gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə elektron kabinetə daxil olmağın şərtləndirilməsi ən çox təhlükəsizliklə bağlıdır.

Azərbaycanda vergi inzibatçılığının təkmilləşdirilməsi sahibkarlıq mühiti və biznes fəaliyyətinin təşviqi, vergi sistemini beynəlxalq standartlara uyğunlaşdırmaqla bu sahədə səmərəli inzibatçılığın yaradılmasına nail olmaq, ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə təkan verən vergi daxilolmalarının dinamik artımını təmin etmək kimi məqsədlərə xidmət edir.

Vergi inzibatçılığının təkmilləşdirilməsinin əsas istiqamətlərindən biri də müasir tələblərə cavab verən kompüter informasiya sisteminin yaradılmasıdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin funksional fəaliyyətlərinin vahid elektron sistem çərçivəsində avtomatlaşdırılması və tədricən vergi ödəyiciləri ilə birbaşa əlaqənin təmassız əlaqə ilə əvəz edilməsi prioritetlərdəndir. Vergi orqanlarının funksional fəaliyyətini vahid kompüter sistemi çərçivəsində avtomatlaşdırmaqla təmin etmək üçün vergi ödəyicilərinin vahid dövlət reyestrinin yaradılması və burada zəruri məlumatların toplanması, bəyannamələrin elektron formatda qəbulu bu prosesin mühüm elementləri kimi reallaşdırılıb. Vergi orqanları ilə vergi ödəyiciləri arasında elektron əlaqəyə keçid təmin olunsa da, bu sahədə təkmilləşdirmələr davam etdirilir.

Vergi ödəyicilərinin elektron kabinetdən istifadəsində yeniliklər

2024-cü il yanvar ayının 1-dən etibarən vergi ödəyicilərinin elektron kabinetdən istifadəsi zamanı yeni qaydalar tətbiq ediləcək (Bax: https://www.youtube.com/watch?v=VYA40kSHeIU&t=1s). Həmin qaydalara əsasən, vergi orqanı tərəfindən verilmiş kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanları məhdudlaşdırılacaq, ödəyicilər yalnız gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə bu imkandan yararlana biləcəklər. Gücləndirilmiş elektron imza vergi ödəyiciləri üçün daha geniş imkanlar yaradır. Belə ki, elektron imza vasitəsilə vergi bəyannamələrinin elektron qaydada təqdim edilməsi, fiziki şəxslərlə bağlanmış əmək müqavilələrinin hüquqi qüvvəyə minməsi üçün “Əmək müqaviləsi Bildirişi”nin elektron qeydiyyata alınması, mal, iş və xidmətlərlə bağlı elektron qaimə-faktura göndərmək və bu kimi çoxsaylı digər elektron xidmətlərin icrası mümkündür. Gücləndirilmiş elektron imzası olan vergi ödəyiciləri mobil telefon, kompüter və digər mobil qurğular vasitəsilə bütün elektron xidmətlərdən maneəsiz və təhlükəsiz istifadə edə biləcəklər. Vergi ödəyicisi elektron kabinetinə daxil olmaq və sadalanan elektron xidmətlərdən faydalanmaq üçün gücləndirilmiş elektron imzaya (Asan İmza) sahib olmalıdır.

Vergi ödəyəcilərinə bu yeniliyin indidən təqdim edilməsi onlara Asan İmzaya sahib olmaq üçün vaxt qazandırır. Lakin bu o demək deyil ki, Asan İmza əldə etmək üçün ilin sonunu gözləməliyik. Yaxşı olardı vergi ödəyiciləri Asan İmza almaq üçün indidən müraciət etsinlər ki, sonradan sıxlıqla üzləşməsinlər.

Təhlükəsiz, etibarlı və rahat...

Vergi ödəyicilərinin elektron kabinetinə vergi orqanları tərəfindən bir sıra vacib məlumatlar, o cümlədən normativ aktlara, qanunvericiliyə və bəyannamə formalarına edilmiş dəyişikliklər, müxtəlif sənədlərdə qeydə alınmış uyğunsuzluqlar və s. kimi yeniliklər göndərilir. Vergi ödəyiciləri bu məlumatlarla tanış olmaq üçün elektron kabinetlərindən istifadə edirlər. Yalnız gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə elektron kabinetə daxil olmağın şərtləndirilməsi ən çox təhlükəsizliklə bağlıdır. Gücləndirilmiş elektron imzanın əsas üstünlükləri gizlilik, bütünlük, tanınma və məsuliyyətdən yayınmanın mümkünsüz olmasıdır. Həmçinin, vergi ödəyiciləri gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə bir sıra elektron xidmətlərdən, o cümlədən əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması, e-qaimə-fakturaların təqdim olunması, ümumilikdə isə daim yenilənən digər xidmətlərdən yararlana bilirlər.

Gülay NƏBİYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?