31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Yanvar-mart aylarında 87.587 Asan İmza sertifikatı verilib

Yanvar-mart aylarında 87.587 Asan İmza sertifikatı verilib

Bu ilin yanvar-mart ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 148 075 şəxs qəbul edilib və onlara 281 491 sayda xidmət göstərilib ki, bunlardan 80 minə qədəri şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 69 mindən çoxu isə elektron xidmətlər (bəyannamələrin və hesabatların, eləcə də müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, rüb ərzində göstərilən ümumi elektron xidmətlərin 88,4 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

- bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

- qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi;

- vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;

- sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi barədə qəbzin verilməsi;

- vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

- fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

- Asan İmza sertifikatlarının verilməsi;

- vergi ödəyicisinə arayışların verilməsi;

- vergi ödəyicisinin fəaliyyətinin bərpası;

- fiziki şəxsin uçotdan çıxarılması.

Bu ilin yanvar – mart ayları ərzində 1 015 vergi ödəyicisinin iştirakı ilə 76 görüş keçirilib, 1381 ödəyiciyə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərindən daxil olmuş 6,7 minə yaxın yazılı müraciət cavablandırılıb, onlara 4,1 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 481 minə yaxın SMS göndərilib.

Birinci rüb ərzində ümumilikdə 58 316 müraciət üzrə 87 587 Asan İmza sertifikatı verilib. 3 700-dən çox vergi ödəyicisinin mövcud sertifikatının yenilənməsi qüvvədə olan Asan İmza, onlara yeni sertifikatların verilməsi isə elektron xidmətlər vasitəsilə həyata keçirilib.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?