4 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

220 mindən çox Asan İmza sertifikatı verilib

Bu ilin yanvar-iyul ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 346 847 şəxs qəbul edilib, onlara 651 130 sayda xidmət göstərilib ki, bunlardan 175 minə yaxını şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 159 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, eləcə də müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə kömək göstərilməsi) bağlı olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, ümumi elektron xidmətlərin 87,9 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

  • Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

  • Qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi;

  • Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;

  • Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

  • Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

  • Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

  • Asan İmza sertifikatlarının verilməsi;

  • Vergi ödəyicisinə arayışların verilməsi;

  • Fiziki şəxsin uçotdan çıxarılması;

  • Vergi ödəyicisinin fəaliyyətinin bərpası.

Yanvar-iyul ayları ərzində vergi ödəyicilərindən daxil olan 14,1 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 7,2 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 1 milyon 232 mindən yuxarı SMS göndərilib. Dövr ərzində 1 994 vergi ödəyicisinin iştirakı ilə 159 görüş keçirilib, 2 754 ödəyiciyə ünvanlı xidmət göstərilib.

İlin əvvəlindən ümumilikdə 146 608 müraciət üzrə 221 162 Asan İmza sertifikatı verilib. 11,2 minə yaxın vergi ödəyicisinin mövcud sertifikatının yenilənməsi qüvvədə olan Asan İmza, onlara yeni sertifikatların verilməsi isə elektron xidmətlər vasitəsilə həyata keçirilib.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?