6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sabit qəbzin onlayn qaydada alınması mümkündürmü?

Sabit qəbzin onlayn qaydada alınması mümkündürmü?

Lerik rayonunun ucqar kəndlərindən birində bərbər fəaliyyəti ilə məşğul oluram. Hər ay vergi və sığorta haqlarını ödədikdən sonra sabit qəbzin alınması üçün Lerik şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edib sabit qəbz almışam. Bilmək istəyirəm ki, sabit qəbzin alınmasının sadələşdirilməsi ilə bağlı hər hansı dəyişiklik gözlənilirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 221.8.5- ci maddəsində edilmiş dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada vergi orqanı ilə vergi ödəyicisi arasında razılaşma müqaviləsi bağlanıldıqda bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər hesablanmış vergini, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarını tam məbləğdə ödədikdən sonra “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” vergi orqanına müraciət etmədən 1 iş günündən gec olmayaraq elektron qaydada verilir. Tətbiq olunan yeni mexanizmlə artıq sabit qəbz almaqla fəaliyyət göstərən vergi ödəyiciləri öncədən vergi orqanı ilə müəyyən edilmiş formada razılaşma müqaviləsi bağladıqdan sonra yalnız hesablanmış vergini, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarını tam məbləğdə ödəməklə sabit qəbzi 1 iş günü müddətində elektron qaydada əldə edəcək və hər dəfə sabit qəbzin alınması üçün vergi orqanına müraciət olunmasına zərurət yaranmayacaq.

Əsas: Vergi Məcəlləsinin 221.8.5-ci maddəsi

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?