6 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?

Fərdi sahibkar 2024-cü ildə mikro sahibkarlıq subyekti kimi muzdlu işçi cəlb etmədən təmir-tikinti fəaliyyəti ilə məşğuldur və muzdlu işçisi olmadığı üçün 2024-cü ildə gəlir vergisi üzrə 75 faiz güzəşt hüququndan istifadə edə bilməyib. 2025-ci ildə isə o, həmin sahə ilə yanaşı, layihə-dizayn fəaliyyəti də göstərməyə başlayıb. Sahibkarın 2025-ci ildə təmir-tikinti fəaliyyəti üzrə gəlirləri 30.000 manat, layihə-dizayn fəaliyyəti üzrə isə 40.000 manat təşkil edib. 2025-ci ildən 75 faiz güzəştlə bağlı Vergi Məcəlləsində edilmiş dəyişikliklər nəzərə alınmaqla, sözügedən fərdi sahibkara vergi güzəşti tətbiq olunacaqmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.30-1-ci maddədə nəzərdə tutulan vergi güzəşti yalnız bu maddədə sadalanan fəaliyyət növləri ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manatadək olan fiziki şəxslərə tətbiq edilir.

Bununla yanaşı, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 102.9-cu maddəyə əsasən, bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxs eyni zamanda digər fəaliyyət sahəsi ilə də məşğul olduqda, həmin maddədə nəzərdə tutulan güzəşt hüququndan o halda istifadə edə bilər ki, bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrindən əldə edilən illik gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmasın. Buna əsasən, həm layihə-dizayn, həm də təmir-tikinti fəaliyyəti göstərən fiziki şəxsin layihə-dizayn fəaliyyətindən əldə etdiyi gəlirlərin 40.000 manatadək olduğu və bu gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisinin 50 faizdən çox olduğunu nəzərə alaraq (40.000/70.000*100=57%), həmin şəxsin hər iki fəaliyyətindən əldə olunan ümumi gəlirlərinə münasibətdə 75 faiz gəlir vergisindən azadolma tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 102.1.30-1-ci və 102.9-cu maddələri

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?