25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Mikro sahibkarlıq subyektləri vergi güzəştindən yararlana bilərmi?

Mikro sahibkarlıq subyektləri vergi güzəştindən yararlana bilərmi?

İş adamlarını maraqlandıran məsələlərdən biri də sahibkarlıq subyektlərinin meyarlarının dəqiqləşdirilməsidir. Vergi ödəyicisinin mikro sahibkarlıq subyekti olması müəyyən edilən zaman təqdim edilən malların, xidmətlərin dəyərinin əlavə dəyər vergisi (ƏDV) illik gəlirə aid edilirmi? “vergiler.az”in sualına iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Təcrübədə illik gəlirləri 200.000 manatdan aşağı olan, lakin təqdim edilən malların, xidmətlərin dəyəri ƏDV daxil 200.000 manatdan yuxarı olan vergi ödəyiciləri ilə tez-tez rastlaşırıq. Onlar ƏDV ödəyicisidirlər. Bəs belə olan təqdirdə həmin vergi ödəyicilərini mikro sahibkarlıq subyekti hesab etmək olarmı? Vergi Məcəlləsinə əsasən, onların 75% gəlir və mənfəət vergisi üzrə güzəşti varmı?

Tutaq ki, ƏDV ödəyicisi olan vergi ödəyicisinin il ərzində təqdim edilən mallarının, xidmətlərinin dəyəri əsas məbləğ üzrə 180.000 manat, ƏDV məbləği isə 32.400 manatdır və ƏDV daxil cəmi dövriyyəsi 212.400 manatdır.

Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən, sahibkarlıq subyektinin meyarı müəyyən edilərkən illik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.

Nəzərinizə çatdıraq ki, təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri müəyyənləşdirilərkən ƏDV məbləği nəzərə alınmır. Yəni yuxarıda qeyd olunan nümunədə təqdim edilən malların, xidmətlərin dəyərinin ƏDV daxil 212.400 manat olmasına baxmayaraq, illik gəlir olaraq 180.000 manat əsas götürülür.

Belə olan təqdirdə həmin vergi ödəyicisi mikro sahibkarlıq subyektidir və Vergi Məcəlləsinin 102.1.30 və 106.1.20-ci maddələrinin digər tələbləri də nəzərə alınmaqla gəlir və mənfəət vergisi üzrə 75% güzəştdən istifadə edə bilərlər.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?