12 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elanlarla bağlı sual yaranarsa, (012) 403-87-89 nömrəsinə zəng edə bilərsiniz.

Elanlar

"AzeSteelCompany" ASC
VÖEN: 1000038531

“AzeSteelCompany” ASC-nin Səhmdarlarının növbəti illik ümumi yığınağının çağırılması barədə ELAN Məlumat üçün bildiririk ki, 19 iyun 2023-cü il tarixdə saat 10:00-da Bakı şəhəri, Cəlil Məmmədquluzadə 102 ünvanında (Citypoint İş mərkəzi, 3-cü mərtəbə) “AzeSteelCompany” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcəkdir. Gündəliyə daxil olan məsələlər: 1. Səhmlərin buraxılışı; 3. İstiqraz buraxılışı; 4. Maliyyə hesabatlarının təsdiq edilməsi; 5. Korporativ idarəetmə strukturunda təkmilləşmə və dəyişikliklər; 6. Nizamnamənin yeni redaksiyasının təsdiq edilməsi; 7. Digər məsələlər. Növbəti Ümumi Yığıncağın gündəliyi üzrə materiallar ilə aşağıdakı ünvanda tanış olmaq olar: Ünvan: Bakı şəhəri, C.Məmmədquluzadə 102 A City Point Baku iş mərkəzi Nəzərinizə çatdırırıq ki, səhmdar Ümumi Yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsilə həyata keçirə bilər. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır. Ümumi Yığıncaqda iştirak edən səhmdar və ya nümayəndəsi şəxsiyyətini təsdiq edən sənədin əslini (nümayəndə olduqda etibarnaməsinin təsdiq edilmiş surətini) təqdim etməlidir.


Ekokat MMC
VÖEN: 1602052701

Ekokat MMC-nin 02.05.2023-cü il tarixli Qərarına əsasən nizamnanə kapitalı 200 man -dan azalaraq 60 man oldu.


Sumqayıt-Polimer ASC
VÖEN: 2900172141

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Sumqayıt Polimer” Açıq Səhmdar Cəmiyyətin Nizamnaməsinə əsasən səhmdarların Ümumi Yığıncağının keçirilməsi nəzərdə tutulub. İclasın keçirilmə tarixi və vaxtı: 30 iyun 2023-cü il, saat 15:00. İclasın keçirilmə ünvanı: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, ev 12. Ümumi Yığıncağın gündəliyi aşağıdakı kimidir: 1. “Sumqayıt Polimer” Açıq Səhmdar Cəmiyyətinin mühasibat balansını, mənfəət və zərər hesabatlarını təsdiq etmək; 2. Digər məsələlər. Ümumi Yığıncağın gündəliyinin materiallarını və yığıncağın gündəliyinə salınan məsələlərlə bağlı təklifləri əldə etmək üçün hər həftənin birinci və üçüncü günləri saat 10:00-dan 13.00-dək “Sumqayıt Polimer” ASC-nin Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, ev 12 nömrəli ünvana müraciət etmək olar.


DARUNI MMC
VÖEN: 1506200201

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1033 Baku, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 39, mənzil 39 ünvanına bildirə bilərlər.


"BEEONLINE" ASC
VÖEN: 3103792511

“Beeonline” ASC-nin səhmdarlarnın illik ümumi - YIĞINCAĞI KEÇİRİLƏCƏK “Beeonline” ASC öz səhmdarlarını 20 iyun 2023-cü il saat 14.00-da keçiriləcək növbəti illik ümumi yığıncağa dəvət edir. Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilir: 1.Maliyyə hesabatlarının təqdim edilməsi və təsdiq edilməsi. 2.Digər məsələlər. Illik ümumi yığıncaq Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi, ev 121 ünvanında keçiriləcəkdir . Ümumi Yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər ilə bağlı materiallarla tanış olmağınız üçün müvafiq sənədlər Ümumi Yığıncağın keçirilməsi zamanı Sizə təqdim ediləcəkdir. Yaranan suallarla əlaqədar olaraq, Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi, ev 121 ünvanı və ya [email protected] e-mail ünvanına vasitəsi ilə müraciət etməyiniz xahiş olunur.


CONTINENTAL CONSTRUCTION AND INDUSTRIAL CO ASC
VÖEN: 1000074351

"CONTINENTAL CONSTRUCTION AND INDUSTRIAL CO " ASC-nin 20.05.2023 cü il tarixdə saat 15-00 da, Bakı şəhəri, Yasamal rayonu, M. Seyidov küçəsi, ev 19A , ünvanında təyin olunmuş səhmdarların ümumi yığıncağı təxirə salınmışdır.


"BAKELEKTROQAYNAQ" ASC
VÖEN: 9900060121

Nizamnamə itdiyi üçün etibarsız sayılır.


İMZA İNŞAAT MMC
VÖEN: 1406188941

"İMZA İNŞAAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİN (vöen: 1406188941) NİZAMNAMƏ KAPİTALI 100.000 Azərbaycan Manatı Dəyərindən 1000 Azərbaycan Manatına qədər azaldılır.


"YENİ HƏYAT-BB. KOMPLEKSİ" MƏNZİL TİKİNTİ KOOPERATİVİ
VÖEN: 1401082721

Adını və təşkilati-hüquqi formasını dəyişərək "YENİ HƏYAT-BB. KOMPLEKSİ" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrildiyini elan edir.


"QUSAR-AQROTEXSERVİS" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
VÖEN: 4700038071

17.06.2023-cü il tarixdə “Qusar Aqrotexservis” ASC-nin (bundan sonra – cəmiyyət ) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir. Yığıncaq Qusar şəhəri, Şərifov küçəsi 19 ünvanında yerləşən cəmiyyətin inzibati ofisində saat 12:00-a təyin edilmişdir. Yığıncağın gündəliyini aşağıdakı məsələlər təşkil edir: 1. 2022-ci il üzrə cəmiyyətin maliyyə hesabatının müzakirəsi. 2. “Qusar Aqrotexservis” ASC-nin yenidən təşkili (Açıq Səhmdar Cəmiyyətindən Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi)  və yenidən təşkildən irəli gələn digər məsələlərin (yeni nizamnamənin müəyyən edilməsi, imzalanaraq təsdiq edilməsi və digər səlahiyyətlərin verilməsi, payların müəyyən edilməsi və s.,) razılaşdırılması; 3. Təşkilatı məsələ. Nəzərinizə çatdırmaq istərdik ki, yığıncağın gündəliyini təşkil edən məsələlər üzrə zəruri məlumatlarla Qusar şəhəri, Şərifov küçəsi 19 ünvanında yerləşən cəmiyyətin inzibati ofisinə gələrək tanış ola bilərsiniz. Əlaqə nömrəsi: 0502504001 Qeyd olunanları nəzərə alaraq, 17.06.2023-cü il tarixidə “Qusar Aqrotexservis” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağında iştirak etməyinizi xahiş edirik.


VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?