29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan və İndoneziya arasında investisiya əlaqələri genişləndirilir

Azərbaycan və İndoneziya arasında investisiya əlaqələri genişləndirilir

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru İsrafil Məmmədov ilə İndoneziya Respublikasının investisiya və emal sənayesi üzrə nazir müavini Todotua Pasaribunun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında infrastruktur, texnologiya və rəqəmsal iqtisadiyyat daxil olmaqla müxtəlif sahələr üzrə əməkdaşlıq perspektivləri, eləcə də investisiya əlaqələrinin inkişafı, institusional tərəfdaşlığın genişləndirilməsi müzakirə edilib.

Fondun məlumatına görə, görüşdə İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi, İndoneziyanın dövlət investisiya holdinqi “Danantara”, eləcə də digər investisiya qurumlarının nümayəndələri iştirak ediblər. Tərəflər institusional dialoqun davam etdirilməsinin və qarşılıqlı maraq doğuran investisiya mövzuları üzrə əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Müzakirələr zamanı, həmçinin ARDNF-nin Asiya bazarlarında investisiya fəaliyyəti, regionun aparıcı investisiya institutları ilə qurduğu tərəfdaşlıqlar və bu əlaqələrin gələcək əməkdaşlıq üçün yaratdığı imkanlar qiymətləndirilib. Bu çərçivədə ARDNF, Çin İnvestisiya Korporasiyası və İndoneziya İnvestisiya Qurumu tərəfindən 2026-cı ilin aprelində yaradılan Çin-ASEAN İnvestisiya Platformasına da toxunulub. Qeyd olunub ki, bu platforma tərəflər arasında artıq formalaşan institusional əməkdaşlığın konkret nümunələrindən biri olmaqla, Cənub-Şərqi Asiyanın yüksək artım potensialına malik bazarlarında özəl kapital investisiyaları və uzunmüddətli tərəfdaşlıq üçün əlavə imkanlar yaradır.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?