26 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Məqsəd sahibkarlığın dəstəklənməsidir

Bu il yanvarın 1-dən qüvvəyə minmiş vergi qanunvericiliyinə dəyişikliklərin bir çoxu sahibkarlığın dəstəklənməsinə, vergi uçotunun şəffaflaşdırılmasına və "kölgə iqtisadiyyatı"nın aradan qaldırılmasına yönəldilib.

Vergilər nazirinin müavini Sahib Ələkbərov qeyd edib ki, hazırda Azərbaycanda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə müxtəlif sahələrdə vergi güzəştləri tətbiq olunur: "1999-cu ildən kənd təsərrüfatı, torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddır. Bu, çox böyük güzəştdir və belə güzəştlərə dünyada nadir hallarda rast gəlinir. Həmin güzəştlərin müddəti bu ildən daha 5 il uzadılıb. Amma bəzən vergi ödəyiciləri bunu hesabatlılığın pozulması kimi də başa düşürlər, bəyannamələri vaxtlı-vaxtında vermirlər, rəqəmləri düzgün göstərmirlər. Bu isə vergi uçotunun pozulmasına gətirib çıxarır. Nəticə etibarilə vergidən yayınma halları təkcə kənd təsərrüfatı sahəsini deyil, tədarükçüləri, ixracatçıları və digərlərini də əhatə edir. Bunların qarşısını almaq üçün, birinci növbədə, şəffaf və dürüst vergi uçotu qurulmalıdır. Biz bu istiqamətdə digər dövlət orqanları ilə birlikdə ciddi işlər aparırıq".

Sahib Ələkbərov bildirib ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər, hər şeydən əvvəl, sahibkarlar üçün daha rahat biznes və vergi mühitinin formalaşdırılmasına yönəldilib: "Məcəlləyə dəyişikliklərdə birinci məqsəd sahibkarlığın dəstəklənməsidir. İkinci yerdə "kölgə iqtisadiyyatı"nın azaldılması kimi mühüm bir məsələ dayanır. Vergi inzibatçılığının sadələşdirilməsi, təkmilləşdirilməsi və digər məsələlər də var. Bunlar hamısı ona yönəldilib ki, sahibkarlar daha rahat işləyə bilsinlər".

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?