24 Mart 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Vergi islahatları: birlikdə kölgədən işıqlığa doğru" mövzusunda konfrans davam edir

Fevralın 11-də vergi xidməti işçilərinin peşə bayramı münasibətilə konfrans keçirilib. Tədbirdə vergi orqanlarının əməkdaşları, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin nümayəndələri, iqtisadçı ekspertlər və iş adamları iştirak ediblər.

Konfransda İqtisadiyyat naziri Mikayıl Cabbarov "Vergi islahatları: birlikdə kölgədən işıqlığa doğru" mövzusunda, Vergilər nazirinin müavini İlkin Vəliyev isə "Vergi inzibatçılığında şəffaflığa aparan yol" mövzusunda təqdimatla çıxıb ediblər.

Tədbirdə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") rəhbəri Nuran Kərimov "Kölgə iqtisadiyyatı" ilə mübarizə və şəffaflıq", "Millennium" turizm şirkətinin direktoru Ruslan Quliyev "Vergi sahəsində sahibkarlar üçün yaradılmış münbit şərait", Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev "Şəffaf uçot, asan hesablama, dürüst hesabatlılıq vergi inzibatçılığının əsas istiqaməti kimi", "Unimetal" MMC-nin direktoru Rüfət Əzizov "Vergi siyasətinin investisiya mühitinə təsiri", AMEA-nın müxbir üzvü, professor Akif Musayev "Vergi orqanı: dünən, bu gün" mövzusunda çıxış ediblər.

Natiqlər ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin daha da yaxşılaşdırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində Vergilər Nazirliyi tərəfindən həyata keçirilən tədbirləri müsbət qiymətləndiriblər, iqtisadiyyatın şəffaflaşdırılması məqsədilə aparılan islahatlara dair təkliflər səsləndiriblər.

Sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı səsləndirilib.

Konfrans öz işini panel iclasında davam etdirir. İclasda İqtisadiyyat və Vergilər nazirliklərinin, Mərkəzi Bankın və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbər vəzifəli şəxsləri tərəfindən iştirakçıların sualları cavablandırılıb, aktual məsələlər ətrafında müzakirələr aparılıb.

İqtisadiyyatAğdam Sənaye Parkında rezidentlərin sayı 14-ə çatıb VergiAzərbaycan BEPS fəaliyyətləri üzrə öhdəliklərin icrasına başlayıb VergiHüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda vergi öhdəliyi necə tənzimlənir? İqtisadiyyatXamis Seyranov: “Yeni Rəqabət Məcəlləsi bir sıra üstünlüklərə malikdir” VergiVergi təşəbbüsləri və rəqəmsallaşma mövzuları üzrə təlim-seminar keçirilir İqtisadiyyatLatviya ilə potensial əməkdaşlıq imkanları müzakirə olunub VergiNaxçıvanda obyektlərin 50,6 faizində yeni nəsil NKA quraşdırılıb İqtisadiyyatEgils Levits Bakıda Azərbaycan və Latviya iş adamları ilə görüşüb VergiKeçmiş dövrlərdə artıq ödənilmiş ƏDV məbləği sonradan əvəzləşdirilə bilərmi? XəbərlərPrezident İlham Əliyev: “Biz pandemiya ilə mübarizə üçün 80 dövlətə yardım etmişik”