27 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlar vergi qanunvericiliyinə edilmiş dəyişiklikləri dəstəkləyirlər

Cənubi Qafqazın ən iri sement zavodu olan "Norm" MMC-nin baş maliyyə direktoru Fuad Behbud Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin sahibkarlıq fəaliyyəti üçün böyük imkanlar yaratdığını bildirib. Qeyd edib ki, vergi sistemində aparılan islahatlarda şəffaflığın və dürüstlüyün əsas prinsip kimi elan edilməsi özəl biznesin maraqlarına tam cavab verir: "Şəffaflıq - fəaliyyətini qanunun tələbləri əsasında quran şirkətlərin rahat işləməsinə, gəlirlərini artırmağa şərait yaradır. Ona görə də biz şəffaf fəaliyyətin tərəfdarıyıq. Lakin müəyyən problemlərimiz də var. Ən böyük problemimiz pərakəndə satış bazarında yaşanır".

F.Behbud deyib ki, pərakəndə sement satış bazarında şəffaflıq, xüsusən də mal və xidmətlərin təqdim olunması zamanı sənədləşmə arzuolunan səviyyədə deyil: "Bu isə istər-istəməz, bizim fəaliyyətimizdə ciddi çətinliklər yaradır, istehsal etdiyimiz məhsulun satışının maliyyə itkilərinə, gəlirlərimizin azalmasına səbəb olur. Bu il dövlət tərəfindən həyata keçirilən şəffaflaşma və pərakəndə bazardakı yeni tənzimləmə ilə əlaqədar şəffaflıq səviyyəsinin artacağını, satışın genişlənəcəyini gözləyirik. Ümid edirik ki, yeni dəyişikliklərin tətbiqi nəticəsində şirkətimiz daha çox mənfəət əldə edəcək və daha çox vergi ödəyəcək".

Elxan SALAHOV

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?