12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Zəngilanda sahibkarlarla görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsi tərəfindən Zəngilan rayonunun Ağalı kəndində Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirilib.

Müxtəlif sahələrdə (ticarət, istehsal, xidmət və s.) fəaliyyət göstərən 30-dan çox mikro və kiçik sahibkarlıq subyektinin qatıldığı görüşdə vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçotu ilə bağlı məsələlər, təsərrüfat subyektlərinin (obyektlərinin) və uçot vahidlərinin (NKA, POS-terminal və s.) uçotuna dair tələblər, vergi ödəyicilərinə göstərilən xidmətlər və işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergitutmanın xüsusiyyətləri barədə məlumat verilib, sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı sahəsində rastlaşdıqları çətinliklər dinlənilib.

Tədbirdə çıxış edən Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov işğaldan azad olunmuş ərazilərdə sahibkarlığın inkişafı istiqamətində dövlət tərəfindən atılan addımlar, tətbiq edilən güzəştlər, zəruri olan tələblər və qaydalar, həmçinin sosial sığorta subsidiyalaşdırılması, kommunal xidmətlər üçün təqdim olunan güzəştlər barədə ətraflı məlumat verib. Bildirib ki, bu ərazilərdə tətbiq edilən xüsusi yanaşma, sahibkarlığın inkişafına yönəlmiş dəstək mexanizmləri, insanların və işçi qüvvəsinin cəlb olunması, infrastrukturun böyüməsi baxımından önəm kəsb edir.

Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsinin rəisi Çingiz Quliyev bildirib ki, hazırda Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən Şərqi Zəngəzur ərazisində fəaliyyət göstərən vergi ödəyicilərinin monitorinqi aparılır. Monitorinqin əsas məqsədi sahibkarlıq subyektlərinin vergi orqanında qeydiyyatda olmalarının qiymətləndirilməsidir ki, məhz bu zəruri məqam onlara təklif edilən vergi güzəştlərindən yararlanmağa şərait yaradacaq.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?