24 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Satış üçün tikilən binalara görə əmlak vergisi ödənilməlidirmi?

Bina tikintisi ilə məşğul olduğum halda, həmin binalara görə əmlak vergisi ödəməliyəmmi? Əgər ödəməliyəmsə, hansı tarixdə - tikinti başa çatdıqdan sonra, yoxsa əvvəlcədən ödəməliyəm? Qeyd edim ki, binaları satış məqsədilə inşa etdirirəm.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən, müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla) əmlak vergisi məqsədləri üçün vergitutma obyektidir. Vergi Məcəlləsinin 13.2.17 maddəsinə uyğun olaraq, əsas vəsaitlər - istifadə müddəti bir ildən və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli maddi aktivlərdir.

Nəzərinizə çatdırırıq ki, bina tikintisi ilə məşğul olan şəxslər tərəfindən tikilmiş binalar satış məqsədli olduğu üçün amortizasiya olunmur, belə ki, əsas vəsait sayılmır. Başqa sözlə, sorğuda qeyd olunan satış üçün tikilmiş binalar əmlak vergisi məqsədləri üçün vergitutma obyekti deyil.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?